Mətbuat Şurasının “Tanıyaq, tanıdaq” layihəsi çərçivəsində növbəti toplantı Bərdədə olub
04.02.2015 [10:02]
Azərbaycan Mətbuat Şurasının “Tanıyaq, tanıdaq” layihəsi çərçivəsində növbəti görüş Moskvada yaşayan azərbaycanlı jurnalist, publisist və şair Əliş Əvəzə həsr olunub.
Şuradan AzərTAc-a bildiriblər ki, tədbir jurnalistin doğulduğu Bərdədə rayon İcra Hakimiyyətinin yaxından dəstəyi ilə reallaşıb.
Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatının binasında keçirilən tədbirdə bərdəli ziyalılar, ictimaiyyət nümayəndələri, şair və yazıçılar, jurnalistlər iştirak ediblər.
Toplantını giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev qədim Azərbaycan torpağı olan Bərdəni ziyalılar, işıqlı insanlar yurdu kimi səciyyələndirib. O, belə insanların əməyinə hər zaman qiymət verilməsinin vacibliyini vurğulayıb. V.İsayev, həmçinin Azərbaycandan kənarda yaşayan soydaşlarımızın yaşadıqları bölgələrin ictimai həyatında iştirakının ölkəmizlə bağlı həqiqətlərin təbliği baxımından əhəmiyyətindən bəhs edib.
“Sözün cığırını öz dəsti-xətti, şeiri və publisistikası ilə Vətəndən kənarda qərarlaşmağı bacaran həmvətənimiz Əliş Əvəzin müstəsna xidməti Azərbaycan dilini yaşatmaq və qorumaq üçün mətbu orqan yaratmaq kimi çətin işin öhdəsindən uğurla gəlməsidir. O, ötən əsrin 80-ci illərinin əvvəllərində dünyanın sayılıb-seçilən ali təhsil ocağı olan Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Həmin vaxtdan Moskva mühitində yaşayıb, işləyib. Ancaq onu tanıyandan sonra görürsən ki, bu gün də Bərdənin Piyadalar kəndində yaşayır və işləyirmiş kimi həmyerlilərindən seçilməyən saflığa, təvazökarlığa və təəccüb doğuracaq dərəcədə sadəliyə malikdir, doğma Azərbaycan dilinə hədsiz bağlıdır. Bu xarakteri şeirlərində, publisistikasında dilimizə vəfa möhkəmliyinə və sədaqətinə hopub”, - deyə V.İsayev vurğulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun “Tanıyaq, tanıdaq” layihəsi çərçivəsində indiyədək görülmüş işlərdən söz açıb. Şuranın sədri deyib ki, Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızın Vətənidir.
“Əliş Əvəz yaradıcılığı ilə bu sözün məsuliyyətini tam mənada doğruldub. O, hələ 20 Yanvar faciəsinin baş verdiyi dönəmdə Moskvada azərbaycanlıların etiraz nümayişində iştirak edib. Jurnalist kimi faciənin miqyasını əks etdirən vərəqələri dərc etdirərək yayanlardan olub. Xocalı faciəsində keçmiş SSRİ-nin 366-cı alayının iştirakı Rusiya mətbuatında ilk dəfə Əliş Əvəzin silsilə məqalələrində vurğulanıb”, - deyən Ə.Amaşov Ə.Əvəzin Rusiyada Azərbaycan dilli mətbuatın təşəkkül tapmasına yönələn fəaliyyətinin müxtəlif spesifik cəhətlərindən də söz açıb.
Görüşdə çıxış edənlərdən şair Telman Hüseyn, şəhər 8 nömrəli tam orta məktəbinin müəllimi Vəsilə Hüseynova və başqaları şairin həyat və yaradıcılığının örnək xarakter daşıyan tərəflərindən söz açıblar.
Əliş Əvəz yaradıcılığına verdikləri dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. Ömür yolunun ayrı-ayrı məqamlarından bəhs edən jurnalist ona ünvanlınmış sualları cavablandırıb.
Şairə Azərbaycan Mətbuat Şurasının və Bərdə Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri təqdim olunub.
Sonda Bərdə şəhərindəki 3 nömrəli tam orta məktəbin şagirdləri Ə.Əvəzin şeirlərindən kompozisiya təqdim ediblər.
Qeyd edək ki, jurnalist, yazıçı-publisist və şair Əliş Əvəz (Qasımov Əliş Əvəz oğlu) əslən Bərdə rayonunun Piyadalar kəndindəndir. 1956-cı ildə bu kənddə doğulub. Rayonun Kətəlparaq kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Təhsilini Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində davam etdirib.
Moskvada Rusiya Yerli Sənaye Nazirliyinin nəşriyyatında redaktor və məsul redaktor (1987-1991-ci illər), Ümumittifaq “Neftyanik” kütləvi-informatik jurnalında elmi redaktor, məsul katib-baş redaktorun müavini (1991-1995), “Rossiyskaya Federasiya” qəzetinin xüsusi müxbiri işləyib.
2000-ci ildən Moskvada Azərbaycan dilində qəzetlərin yaranmasında (“Azərbaycanın səsi”, “Azərbaycan diasporu”, “Asudə vaxt”, “Azərros”) fəal iştirak edib. “Azərbaycanın səsi” qəzetinin baş direktoru və redaktoru, 2004-cü ilin martından çıxan “Azərros” qəzetinin şef-redaktoru, sonra baş redaktoru olub. Dünyəvi “21 Azər” jurnalının Moskva təmsilçisi vəzifəsini yerinə yetirib.
Hazırda “Diaspora inform” qəzetinin təsisçisi (2002-ci ildən) və baş redaktoru, Rusiya Federasiyası Dövlət Tarix Muzeyinin əməkdaşıdır. Moskvada fəaliyyət göstərən “Şəhriyar” Ədəbi-İctimai Cəmiyyətinin təsisçilərindən biri olmaqla, onun idarə heyətinin üzvü və sədr müavinidir.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

