“Azercell” ölkədə peşəkar kadrların yetişdirilməsi yönündə layihələrini davam etdirir
10.02.2015 [09:42]
Fəaliyyət göstərdiyi 18 il ərzində “Azercell Telekom” MMC Azərbaycanda təhsilin inkişafına, təcrübəli kadrların yetişdirilməsinə dəstək verib. Şirkətin dəstəklədiyi sosial layihələr arasında təhsil sahəsinə aid olanları, xüsusilə də telekommunikasiya sahəsində təcrübəli kadrların yetişməsinə kömək edən təşəbbüslərə xüsusi yer verilib. Şirkət bu gün də bu yöndə fəaliyyətini davam etdirir. Belə ki, bu günlərdə “Azercell Telekom”un İnsan Qaynaqları Şöbəsi Tələbə Proqramı çərçivəsində Azərbaycan Dövlət Dillər Universitetində tələbələrlə görüş keçirib.
Görüş zamanı tələbələrə “Azercell”in həyata keçirdiyi Tələbə Təqaüd Proqramı və eyni zamanda, Təcrübə Proqramı haqqında geniş məlumat verilib, onların sualları cavablandırılıb. Məlumat üçün bildirək ki, “Azercell” bu il də tələbələr üçün Təcrübə Proqramına start verib. Bu proqram tələbələrə nəzəri bilikləri real iş şəraitində tətbiq etməyə, telekommunikasiya sənayesi haqda bilikləri əldə etməyə, maraqlı və məsuliyyətli layihələrdə iştirak etməyə və gələcəkdə şirkətdə karyera qurmağa imkanlar yaradır. Proqramda ali təhsil məktəblərinin son iki kursunun tələbələri iştirak edə bilirlər. Mərhələli dəyərləndirmələr nəticəsində seçilən tələbələr “Azercell” şirkətində təcrübə keçərək müvafiq aylıq əməkhaqqı almaqla bərabər, “Azercell” ailəsinin bir üzvü olmaq imkanı qazanırlar. Bir tələbə eyni zamanda bir neçə təcrübə sahəsi üzrə müraciət edə bilir. Müraciət forması ilə yanaşı, gənclər həm də təqdim edilən iki mövzudan biri üzrə ingilis dilində esse yazırlar. Tələbə Təqaüd Proqramında isə bu il 12 tələbə “Azercell”in təqaüdçüsü adına layiq görülüb. Bu tələbələr ali təhsillərinin sonunadək “Azercell” şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edirlər. Eyni zamanda, şirkət bu il Bölgə Tələbə Proqamını da reallaşdırıb. Proqramın qalibləri sırasında Lənkəran Dövlət Universitetinin 1, Mingəçevir Politexnik İnstitutunun və Naxçıvan Dövlət Universitetinin 2 tələbəsi yer alıb.
Qeyd edək ki, “Azercell Telekom” fəaliyyətə başladığı gündən gənclərin elm və təhsilinin inkişafı üçün bir sıra uğurlu layihələr həyata keçirib. Bu layihələr sırasında ölkə universitetlərində 3G və 4G laboratoriyalarının təşkili, “Barama” İnnovasiya Mərkəzi nəzdində reallaşan saysız uğurlu layihələr, müxtəlif Tələbə Proqramlarını xüsusilə qeyd etmək olar. Şirkətdən verilən məlumatda sonda qeyd olunur ki, təhsilə və gənclərə yardım bundan sonra da “Azercell”in prioritet fəaliyyət sahəsi olacaq.
Səlim
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

