İctimaiyyətlə əlaqələrin (PR) bilik və fəaliyyət sahəsi kimi təşəkkül tapması
18.03.2015 [09:59]
Müasir PR-in bir çox elementləri öz başlanğıcını insan sivilizasiyasının kökündən götürür. Cəmiyyətin yarandığı vaxtdan ictimaiyyətlə əlaqələr cəmiyyətin idarə olunması sisteminin bir hissəsi olmuşdur. Mağara insanlarının rəqs və mahnıları ümumi məsələlərin həlli üçün insanların sosial birliyi funksiyasını yerinə yetirirdi. Bir neçə min illiklər boyu qədim Misir piramidaları Misir rəhbərlərinin hakimiyyət və qüdrətinin rəmzi olmaqla turist axınlarını Nil sahilinə istiqamətləndirir. Auditoriyanın idarə olunması və ictimai fikrə məntiq, bəlağət elmi, səhnə mədəniyyəti vasitəsilə təsir etmək bacarığı cəmiyyətə hələ qədim zamanlardan məlum olmuşdur.
XX əsrdə məlumatı geniş miqyasda ötürən texniki vasitələrin inkişaf etməsi ilə PR daha müasir və müstəqil çalarlar əldə etməyə başlayır. Hələ 1900-cu ildə ABŞ-ın Harvard Universiteti pablisiti (reklam) bürosundan [Compote Interactive Encyclopedia] istifadə edirdi. 1904-cü ildə Pensilvaniya ştatının Universitetinin öz reklam idarəsi yaradıldı. 1918-ci ildə İllinoys ştatının Universitetinin təhsil proqramına PR kursu daxil edilmişdi. PR əvvəllər jurnalistika bölmələrində öyrənilirdi. PR kursunun ilk tədrisçilərindən biri PR-in təsdiq edilmiş pioneri və Ziqmund Freydin qohumu Edvard Bernauz olmuşdur (1922, Nyu-York Universiteti). O, 1923-cü ildə PR əsasları haqqında ilk kitabı yazmışdır - “Crystallizing Public Opinion” (İctimai fikri kristallaşdıraraq) [Barnes]. 1930-cu illərin əvvəllərində PR ABŞ-da menecmentin müstəqil funksiyası kimi formalaşdı; AT&T, General Motors kimi böyük şirkətlərdə kommunikasiyalar və ya PR üzrə vitse-prezident vəzifələri yaradıldı. Kütləvi kommunikasiya vasitələrinin - mətbuatın, radionun, kinonun və daha sonralar televiziyanın - get-gedə inkişaf etməsi və yayılması auditoriyanın miqyasını və auditoriyaya çatma sürətini dərhal artırdı. Müvafiq olaraq da, PR-in ictimai fikrin idarə olunması üçün korporativ funksiya olması statusu güclənir.
XX əsrdə PR-in əhəmiyyətinin artması işgüzar mühitin formalaşması prosesi ilə şərtləndirilmişdir. İşgüzar mühit təşəkkül tapdıqca cəmiyyətdən, ictimai fikirdən və cəmiyyətin təşkilata münasibətdə davranışından daha da asılı olurdu. Məlumdur ki, ABŞ və Qərbi Avropada sahibkarlığın inkişafı üç dövrdən keçmişdir: 1) kütləvi istehsal dövrü (1900-1930-cu illər), 2) kütləvi istehlak dövrü (1930-cu illər,1950-ci illərin əvvəlləri), 3) sənayedən sonrakı dövr (1950-ci illərin ortalarından bu günə qədər) [Ansoff, səh.34]. ABŞ və digər inkişaf etmiş ölkələrdə məhsul və xidmət istehsalçısının uğurunu müəyyən edən məhsul istehsalı nəzəriyyəsi də müvafiq olaraq dəyişirdi. Beləliklə, kütləvi istehsal dövründə istehsalın təkmilləşdirilməsi nəzəriyyəsi kütləvi istehlak dövrünün başlanması ilə məhsulun təkmilləşdirilməsi nəzəriyyəsi ilə əvəz olundu. Sonra kommersiya cəhdlərinin təkmilləşdirilməsi, daha sonra isə kompleks marketinq nəzəriyyəsi dövrü başlandı. 1948-ci ildə ABŞ-da Amerika PR Cəmiyyəti yaradılır (Public Relations Society of America) [Seitel, s 55].
Sənayedən sonrakı dövrdə inkişaf etmiş ölkələrdə istehlakçıların güzəranı, biznesin ictimai əhəmiyyətli şərtlərinə və nəticələrinə olan tələbləri artır. Müasir məhsul istehsalı nəzəriyyəsinin - sosial-etik marketinqin - gəlişi ictimaiyyətin biznesə təsirini artırır. Cəmiyyətin güzəranın yaxşılaşması alıcıların tələblərinə cavab vermək və gəlirlə bərabər uğurlu biznesin məqsədinə (və şərtinə) çevrilir. Təşkilatların uğurlu fəaliyyətində ictimai fikrin rolu artır. Xoş məram (Goodwill) və ya cəmiyyətin təşkilata müsbət münasibəti qeyri-aşkar aktiv statusunu qazanır və Şimali Amerika və Avropa şirkətlərinin balans hesabatlarında qiymət şəklində öz əksini tapır. 1955-ci ildə Londonda Beynəlxalq PR Assosiasiyası yaradılır (International Public Relation Association). Geniş ictimai qruplar təşkilatın kommunikasiyalarının vacib obyektinə çevrilir. Buraya nəinki istehlakçılar, həmçinin, məşğullar, dövlət təşkilatları, yerli əhali, peşəkar assosiasiyalar, partnyorlar, maliyyə institutları və sərmayəçilər, həmçinin, ölkə ictimaiyyəti və beynəlxalq ictimaiyyət daxildir. PR təşkilatın xarici və daxili ictimaiyyətlə kommunikasiyasının yaradılması və icrası üzrə müstəqil menecmentinə çevrilir. PR “məhsul”, “qiymət”, “yayma” və “irəliləmə”dən sonra marketinq kompleksinin beşinci tərkib hissəsinə çevrilirlər. İnkişaf etmiş ölkələrdə PR müstəqil bilik və praktik fəaliyyət sahəsi statusunu alır.
Zemfira KƏRİMOVA
AR Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının magistrantı
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38

