/ / Azərbaycan Dövlət İqtisad Universitetində Doktorantların və gənc tədqiqatçıların XIX respublika elmi konfransı işə başlayıb
Azərbaycan Dövlət İqtisad Universitetində Doktorantların və gənc tədqiqatçıların XIX respublika elmi konfransı işə başlayıb
08.04.2015 [09:42]
Aprelin 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XIX respublika elmi konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunan tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Ali təhsil müəssisələri rəhbərlərinin, respublikanın tanınmış alimlərinin, doktorantlar və gənc tədqiqatçıların iştirak etdikləri konfransın açılışında ADİU-nun rektoru, professor Ədalət Muradov ali məktəblərlə elmi-tədqiqat müəssisələri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, yüksək ixtisaslı, əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli kadrların hazırlanması ölkəmizin gələcək inkişafı baxımından həlledici əhəmiyyətə malikdir. Kadr hazırlığı təhsil işçilərinin qarşısında duran ən vacib çağırışlardandır. Keyfiyyətli təhsil qurmaq üçün keyfiyyətli tədqiqatlardan başlamaq lazımdır. Bu istiqamətdə ADİU-da gənc tədqiqatçıları stimullaşdırmaq məqsədilə bu “Gənc professor” layihəsinə başlanılıb.
Rektor diqqətə çatdırıb ki, iki gün davam edəcək konfransa 20 ali təhsil müəssisəsindən və AMEA-dan 414 tezis təqdim olunub. Tanınmış alimlərin rəhbərlik edəcəyi bölmə iclaslarında doktorantların və gənc tədqiqatçıların məruzələri dinləniləcək, müzakirələr aparılacaq.
Təhsil naziri Mikayıl Cabbarov doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə keçirilən konfransın əhəmiyyətindən danışıb, onun işinə uğurlar arzulayıb. Nazir çıxışında Ulu öndər Heydər Əliyevin təhsilin, elmin inkişafına, Azərbaycanda istedadlı uşaq və gənclərə göstərilən qayğıdan bəhs edərək bu işlərin hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb. Nazir bildirib ki, qlobal rəqabətin gücləndiyi bir dövrdə elm və təhsilin rolu sürətlə artmaqdadır.
M.Cabbarov gənc tədqiqatçıların inkişafı üçün bütün resurslardan istifadənin əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə müvafiq işlərin görüldüyünü bildirən nazir qeyd edib ki, ölkə alimlərinin 50 faizə qədəri Təhsil Nazirliyi sisteminə daxil olan 27 ali məktəb və elmi-tədqiqat müəssisəsində çalışır. Nazir, həmçinin qeyd edib ki, təhsilsiz elm, elmsiz təhsil ola bilməz. Ənənəvi maksimum elmi bilik fəlsəfəsindən optimal biliyə keçidin vaxtı çatıb. Praktiki elmi biliklərin təhsil sistemində tədris edilməsi üsullarının axtarışında olmalıyıq. Hazırda təhsil sistemində fəaliyyət göstərən gənc müəllimlərin sayının az olmasına toxunan nazir bildirib ki, qarşıda duran vəzifələrdən biri onların sayının artırılması və keyfiyyətin yüksəldilməsidir.
M.Cabbarov ali təhsil müəssisələrində gənc alimlərin və tədqiqatçıların sayının artırılması, eyni zamanda rolunun yüksəldilməsi üçün xüsusi proqramın hazırlanacağını qeyd edib. Bu proqram dövlət təhsil müəssisələri üçün orta və uzunmüddətli hədəfləri müəyyənləşdirməlidir. Universitetlərdə gənc kadrların elmə cəlb edilməsi və müəyyən vəzifələrə təyin edilməsi daha sistemli şəkildə həyata keçirilməlidir. Bundan əlavə, xaricdə tədqiqatlarını başa vuran gənc alimlərin ölkəmizin ali məktəblərində tədrislə məşğul olması mühüm və zəruridir.
Çıxışının sonunda nazir ölkəmizdə Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verən 10 mindən artıq tələbə könüllüyə təşəkkürünü bildirib və onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə elm sahəsində aparılan islahatların əhəmiyyətini vurğulayıb, elmi tədqiqat mərkəzlərinin təhsil müəssisələri ilə əməkdaşlığının daha da genişləndiriləcəyini qeyd edib. Azərbaycanda kifayət qədər güclü elmi potensialın olduğunu deyən AMEA-nın prezidenti növbəti illərdə bu potensialın gənclərin hesabına daha da güclənəcəyinə əminliyin ifadə edib. Akademik vurğulayıb ki, Azərbaycanda çox güclü gənc elmi elita yaradılmalıdır. Bu elita Azərbaycan elmini növbəti onilliklərdə uğurla idarə edəcək.
Sonra doktorantların çıxışları dinlənilib.
Tədbir işini 15 bölmədə davam etdirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16

