Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək

23.05.2015 [10:09]

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, mayın 26-da Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağcabədi rayonunda Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayon sakinlərini qəbul edəcək.
Qəbul Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 217) saat 10-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur: DQİDK-nın bölgə şöbə müdiri Əlizadə Nəcəfov, mob: (050) 315-53-52.

Paylaş:
Baxılıb: 882 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30