ƏƏSMN İsmayıllı rayonunda əmək yarmarkası keçirib
28.07.2015 [09:40]
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən İsmayıllı rayonunda işəgötürənlərin iştirakı ilə əmək yarmarkası keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin, İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun iştirak etdiyi tədbirdə ölkəmizdə davamlı makroiqtisadi inkişaf və iqtisadiyyatın şaxələndirilməsinin, çoxsaylı yeni iş yerlərinin açılmasının əmək bazarının inkişafına, əhalinin məşğulluq imkanlarının artmasına şərait yaratdığı vurğulanıb.
Qeyd edək ki, bu il ölkəmizin 55 rayon və şəhərində əmək yarmarkalarının təşkil olunması nəzərdə tutulub. Cari ilin birinci yarımilində artıq 11 şəhər və rayonda bu yarmarkalar keçirilib ki, həmin tədbirlər nəticəsində 650 nəfər münasib işlərlə təmin olunub. Bu müddətdə məşğulluq xidməti orqanları tərəfindən münasib işlə təmin olunanların sayı isə ümumilikdə 13,7 min nəfər təşkil edib. Habelə “əmək birjaları” tərəfindən 1480 nəfər müvəqqəti xarakterli işlərə göndərilib. İşaxtaran və işsiz vətəndaşların əmək qabiliyyətlərinin əmək bazarının tələblərinə uyğunlaşdırılması yönündə də tədbirlər davam etdirilir və son 6 ayda 1800 nəfər belə şəxs Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.
Qeyd olunub ki, İsmayıllı rayonunda cari ildə artıq ikinci dəfədir ki, əmək yarmarkası təşkil olunur və əsas məqsəd rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda olan mövcud boş (vakant) iş yerlərini işaxtaran və işsiz vətəndaşlara təqdim etmək, onların səmərəli məşğulluğuna nail olmaqdır.
Sonra M.Sadıqov və M.Kərimli yarmarkanın gedişi, təqdim olunan vakansiyalarla tanış olub, tədbir iştirakçılarının, habelə işəgötürənlərin belə tədbirlərin təşkili ilə bağlı rəy və fikirlərini öyrəniblər.
Yarmarkada işsiz və işaxtaran vətəndaşlara İsmayıllı rayonunda fəaliyyət göstərən dövlət və qeyri-dövlət sektoruna aid 100-dən çox müəssisə üzrə 420-dən çox boş iş yeri təqdim edilib. Onların arasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün qanunvericiliyə uyğun şəkildə müəyyən olunmuş kvota üzrə iş yerləri də olub. Tədbir zamanı boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, haqqı ödənilən ictimai işlərə cəlb edilmək istəyən şəxslərin qeydiyyatı da aparılıb.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxMaraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Gündəm
18 İyun 10:55
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54

