“Kaspi” Təhsil Mərkəzinin Lənkəran filialının açılışı olub
30.09.2015 [09:50]
Dünən Lənkəran şəhərində “Kaspi” Təhsil Mərkəzinin Lənkəran filialı fəaliyyətə başlayıb.
APA-nın cənub bürosunun məlumatına görə, açılış mərasimində “Kaspi” Təhsil Mərkəzinin rəhbər heyətinin əməkdaşları, Lənkəran şəhər İcra Hakimiyyətinin, şəhər Təhsil Şöbəsinin, şəhər Gənclər və İdman İdarəsinin, müvafiq dövlət təşkilatlarının nümayəndələri, müəllimlər, KİV əməkdaşları və yerli ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
“Kaspi” Təhsil Mərkəzinin baş direktoru Elnur Əliyev çıxış edərək ölkəmizin savadlı gəncləri sırasında Lənkəran gənclərinin də öndə getdiyini və bunun rayon ictimaiyyətinin təhsilə ciddi önəm verməsinin bariz nümunəsi olduğunu qeyd edib.
Bildirilib ki, “Kaspi” Təhsil Mərkəzinin Lənkəran filialının fəaliyyətə başlaması rayonun təhsil prosesinə öz töhfəsini verəcək.
Baş direktorun sözlərinə görə, “Kaspi” Təhsil Mərkəzinin Lənkəran filialının ən yüksək keyfiyyətdə təhsil xidməti göstərməsi üçün bütün lazımi tədbirlər görülüb və gələcəkdə də bu istiqamətdə işlər davam etdiriləcək.
Sonra E. Əliyev “Kaspi” Təhsil Mərkəzinin rəsmi lisenziyasını filialın direktoru Cavid Nəsirzadəyə təqdim edib və ona fəaliyyətində uğurlar diləyib. C.Nəsirzadə isə çıxışında yüksək etimada görə şirkətin rəhbərliyinə öz təşəkkürünü bildirib. O, tədbir iştirakçılarını əmin edib ki, “Kaspi” Təhsil Mərkəzinin Lənkəran filialı yüksək keyfiyyətli tədris prosesini gerçəkləşdirmək üçün əlindən gələni əsirgəməyəcək.
Tədbirin sonunda övladları “Kaspi” Təhsil Mərkəzinin Lənkəran filialına qəbul olunmuş valideynlər çıxış edərək mərkəzin yaratdığı təhsil xidmətinin keyfiyyətindən razı qaldıqlarını, bu səbəbdən təhsil mərkəzinə etimad göstərdiklərini bildiriblər. Açılış mərasimi “Kaspi” Təhsil Mərkəzinin Lənkəran filialına yeni qəbul olunmuş şagirdlərin ifasında əyləncəli bədii hissə ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06

