Nəsimi rayonunda Ahıllar Günü qeyd olunub
01.10.2015 [10:29]
1 oktyabr - Beynəlxalq Ahıllar Günü Nəsimi rayonunda geniş şəkildə qeyd olunub. Əlamətdar günlə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşların bir qrupu - ümumilikdə 150 nəfərin iştirakı ilə görüş keçirilib. Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov yaşlı nəslin nümayəndələrini salamlayaraq, onlara uzun ömür və can sağlığı arzulayıb, dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanda əldə olunan iqtisadi inkişaf son illər ərzində pensiya və minimum əməkhaqlarının məbləğinin dəfələrlə qaldırılmasına imkan verib. Qarşıdakı illərdə də pensiya və müavinətlərin artırılması nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, hazırda Nəsimi rayonunda əhalinin 16 min nəfərini yaşı 65-dən yuxarı olan ahıllar təşkil edir. Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin Sosial xidmət şöbəsində 269 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 25 nəfər sosial işçi xidmət göstərir. Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir.
Asif Əsgərov rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə də məlumat verib, rayonun sosial-iqtisadi inkişafı üçün görülməsi nəzərdə tutulan işlərdən danışaraq bildirib ki, bu işlərin həyata keçirilməsində yaşlı nəsil nümayəndələrinin hər zaman məsləhət və təkliflərinə böyük ehtiyac var.
Çıxış edənlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışıb, bu işlərə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirib, Ona ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində gördüyü işlərdə uğurlar arzulayıblar.
Görüşdə iştirak edən ahıllara RİH tərəfindən hədiyyələr və maddi yardımlar təqdim olunub.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31

