Səbail rayonunda Ahıllar Günü qeyd olunub
01.10.2015 [10:32]
1 Oktyabr - Beynəlxalq Ahıllar Günü ənənəvi olaraq Səbail rayonunda geniş şəkildə qeyd olunub. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayondakı bir sıra ictimai birliklərin iştirakı ilə Ahıllar Gününün keçirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülüb.
Əlamətdar günlə əlaqədar Bayıl yaşayış sahəsində rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu - ümumilikdə 150 nəfər üçün rayon İcra Hakimiyyəti tərəfindən bayram süfrəsi açılıb. Tədbirdə, həmçinin rayon rəhbərliyi, yerli bələdiyyələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Səbail rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xalidə Bayramova qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində əldə olunmuş iqtisadi inkişaf ölkə rəhbərliyinə son illər ərzində pensiya və minimum əməkhaqlarının məbləğini dəfələrlə qaldırmasına imkan verib. Qarşıdakı illərdə də pensiya və müavinətlərin artırılması nəzərdə tutulub.
Bildirilib ki, bu gün Səbail rayonunda yaşayanların 6,5 faizini (6075 nəfər) yaşı 65-dən yuxarı olan ahıllar təşkil edir. Müxtəlif növ və kateqoriyalar üzrə 2978 nəfər sosial müavinət, 187 ailə (709 nəfər ailə üzvü) ünvanlı sosial yardım alır ki, hər bir ailə üzvünə 34 manat olmaqla, orta hesabla hər bir ailəyə 143,3 manat sosial yardım təyin olunub. Ümumilikdə isə rayonda 13165 nəfər təqaüdçü yaşayır.
Səbail rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 372 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir. Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir, onların müraciətləri nəzərə alınaraq rayonun bir neçə yaşayış sahəsində, o cümlədən Bibiheybət qəsəbəsində, 20-ci yaşayış sahəsində yeni bankomatlar və ödəmə terminalları quraşdırılıb.
Çıxış edənlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışıb və bu işlərə görə ölkə başçısına öz minnətdarlıqlarını çatdırıb, ona ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində gördüyü işlərdə uğurlar arzulayıblar.
Görüşdə iştirak edən ahıllara RİH tərəfindən hədiyyələr təqdim edilib, respublikamızın tanınmış incəsənət xadimlərinin iştirakı ilə böyük konsert proqramı təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45

