Daşkəsən rayonunda 2015-ci ilin 9 ayının yekunları müzakirə olunub
21.10.2015 [10:04]
Dünən Daşkəsən rayonunda 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilib. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq qeyd edib ki, 9 ay ərzində ölkəmiz dinamik inkişaf edib, bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edib. 2015-ci ilin 9 ayının yekunları bütövlükdə respublikamız üçün, o cümlədən Daşkəsən rayonu üçün də çox uğurlu olub: “Respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2015-ci ilin 9 ayında bir çox işlər görülmüş və nailiyyətlər əldə olunmuşdur.
Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən 2,3 faiz artmışdır. 2015-ci ilin 9 ayında sənaye üzrə 4 milyon 436 min manat (əvvəlki ilə nisbətən 47,3 faiz çox), kənd təsərrüfatı məhsulları 21 milyon 11 min manat (2,3 faiz çox), nəqliyyat üzrə 2 milyon 129 min manat (6,3 faiz çox), informasiya və rabitə üzrə 175,7 min manat (3,3 faiz çox), ticarət xidmətləri üzrə 12 milyon 103 min manat (2,1 faiz çox) olmuşdur. Hesabat ilində rayonda əhalinin sayı 200 nəfər artaraq 34 min 282 nəfər olmuşdur”.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı daha sonra qeyd edib ki, 2015-ci ilin 9 ayı ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da bu işlər davam etdirilməkdədir. Yeni yaradılacaq kənd təsərrüfatı idarəsinin inzibati binasının, Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyasının tikinti işləri davam etdirilir. Həmçinin Qabaqtəpə-Astaf avtomobil yolunda 2 ədəd körpünün tikintisi başa çatmaq üzrədir. Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılıb, tezliklə həmin binanın tikintisinə başlanılacaq. Son vaxtlar rayon İcra Hakimiyyəti tərəfindən aparılan ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə də Daşkəsən rayonunda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir-bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev xüsusi vurğulayıb ki, “Yeni Daşkəsən” layihəsi elmi əsaslarla işlənib, hazırlanıb və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli layihədə əsas vəzifə kimi qarşıya qoyulub: “Bu gün “Yeni Daşkəsən” layihəsi bütün rayon ictimaiyyəti tərəfindən bəyənilir və dəstəklənir. Hazırda həmin istiqamətdə işlər davam etdirilir.
Respublikada həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönlü mahiyyət daşıması cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində atılan bütün addımlar öz müsbət nəticələrini verir”.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yığıncaq iştirakçılarına cari ilin 9 ayı ərzində əhalinin elektrik enerjisi, qaz, istilik və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə görülən bir sıra təmir-bərpa, yenidənqurma işləri barədə də məlumat verib. Bildirib ki, cari ilin 9 ayı ərzində əhalinin elektrik enerjisi, qaz, istilik və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilib.
Daha sonra rayon Təhsil şöbəsinin müdiri Nazim Verdiyev, RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev və rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyev daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, qarşıda duran vəzifələrin icrasından danışıblar.
Yığıncağın sonunda toplantı iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

