Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / BDU və Qazaxıstanın Qorqud Ata Dövlət Qızılorda Universiteti arasında memorandum imzalanıb

BDU və Qazaxıstanın Qorqud Ata Dövlət Qızılorda Universiteti arasında memorandum imzalanıb

29.10.2015 [10:07]

Oktyabrın 28-də Bakı Dövlət Universitetində Qazaxıstanın Qorqud Ata Dövlət Qızılorda Universiteti ilə BDU arasında müəllim-tələbə mübadiləsi, ikitərəfli simpozium, seminar, konfransların keçirilməsi, beynəlxalq elm və təhsil layihələrinin, proqramlarının reallaşdırılması kimi məsələləri əhatə edən memorandum imzalanıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə rektor, akademik Abel Məhərrəmov Qazaxıstan və Azərbaycan xalqlarının dostluq münasibətlərindən, universitetlərarası əməkdaşlıqdan, təhsil və elm sahəsində imzalanan müqavilələrin əhəmiyyətindən bəhs edib.
Qorqud Ata Dövlət Qızılorda Universitetinin rektoru, akademik Kılışbay Bisenov universitetlərarası əlaqələrin qurulmasında maraqlı olduğunu, imzalanan memorandumun BDU ilə rəhbərlik etdiyi ali təhsil ocağı arasında əməkdaşlığın inkişafına təkan verəcəyini xüsusi qeyd edib.

Paylaş:
Baxılıb: 712 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30