Türkan və Zirə qəsəbələrində içməli su təchizatı sistemləri istifadəyə verilib
04.11.2015 [09:34]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “2014-2015-ci illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq qəsəbələrdə içməli su təchizatının yenidən qurulması layihələrinin icrasını davam etdirir. Belə ki, Türkan və Zirə qəsəbələrində icra olunan layihələr uğurla başa çatdırılıb və oktyabrın 31-də yeni su təchizatı sistemlərinin istifadəyə verilməsi ilə bağlı mərasim keçirilib.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarının icrasının nəticəsidir ki, bu gün bu qəsəbələrdə insanlar daimi, keyfiyyətli içməli su ilə təmin olunublar. Türkan və Zirə qəsəbələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi seçilib.
ASC sədri qeyd edib ki, Türkan və Zirə qəsəbələrinə yüksək keyfiyyətli su Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə kəmərindən verilir. Bu məqsədlə Türkan qəsəbəsinə 280 millimetr diametri olan borularla 4,2 kilometr uzunluğunda, Zirə qəsəbəsinə isə 160 millimetr diametrli borularla magistral kəmərdən qəsəbəyə qədər 3 kilometr uzunluğunda magistral su xətti çəkilib.
Həmçinin Qorxmaz Hüseynov məlumat verib ki, Türkan qəsəbəsində müxtəlif diametrli borularla 37 kilometrə yaxın su şəbəkəsi yaradılıb, 800-dək evə birləşmə verilib və 400-dək abonent smart sayğacla təmin olunub. Zirə qəsəbəsində isə müxtəlif diametrli borularla 30 kilometrə yaxın su şəbəkəsi yaradıldığını bildirən ASC sədri 700-ə yaxın evə birləşmə verildiyini və 300-dən çox abonentin smart sayğacla təmin olunduğunu vurğulayıb.
Mərasimdə iştirak edən Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov bu günə qədər 11 min 500 nəfər əhalisi olan Türkan və 11 min 700 nəfər əhalisi olan Zirə qəsəbələrində mərkəzləşdirilmiş içməli su şəbəkəsinin mövcud olmadığını bildirib.
Əhalinin əsasən quyu sularından istifadə etdiyini və yaxud da içməli suyu maşınlarla aldığını söyləyən Gülağa İslamov bu gündən etibarən əhalinin belə bir probleminin qalmadığını, onların tam keyfiyyətli içməli su ilə təmin olunduqlarını vurğulayıb.
Sakinlər xoş əhval-ruhiyyə ilə problemlərinin artıq həll olunması sevincini yaşayır və təəssüratları ilə bölüşürdülər. Türkan qəsəbəsinin sakini Hacıəli Əliniyaz oğlu öz sevincini bizimlə paylaşaraq Azərbaycan Prezidenti İlham Əliyevə hər zaman sakinlərin qayğısına qaldığı üçün, “Azərsu” ASC-nin kollektivinə isə çəkdiyi zəhmətlərə görə təşəkkürünü bildirib.
Daha bir Türkan qəsəbəsi sakini - Fazil Babayev bu hadisənin inanılmaz olduğunu söyləyib. “Prezident İlham Əliyevin bütün tapşırıqları sakinlərin şəraitinin yaxşılaşdırılmasına yönəlib. Artıq bizim qəsəbədə heç bir problem qalmayıb - qazımız, işığımız, telefonumuz, ən əsası, suyumuz var”, - deyə qəsəbə sakini qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

