UNEC rektorların qeyri-rəsmi görüşünü keçirməyi təklif edir
04.11.2015 [09:41]
Noyabrın 3-də Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç, Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı və bu universitetin rektoru, professor Həsən Niknafs Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.
Görüşdə hər iki universitetlə elmi-texniki əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəddə Qafqaz və Xəzər Universitetləri ilə UNEC arasında elmi-pedaqoji, elmi tədqiqat işlərinin aparılması nəzərdə tutulur. Memoranduma əsasən, professor-müəllim heyəti və doktorantlar üçün hər iki ali təhsil müəssisəsində təkmilləşdirmə kursları təşkil olunacaq. Eyni zamanda, universitetlərin professor-müəllim heyəti doktorantlara elmi rəhbərlik edəcək. Bundan başqa, birgə sərgi və elmi konfransların təşkili, kadr və tələbə mübadiləsi həyata keçiriləcək.
UNEC-in rektoru, professor Ədalət Muradov universitetdə həyata keçirilən yeniliklərdən danışıb, hədəfləri açıqlayıb. Ali təhsil ocağının beynəlxalq əlaqələrindən söz açan rektor bildirib ki, UNEC bu günə qədər əsasən xarici universitetlərlə əməkdaşlıq edib. Azərbaycanın ali təhsil müəssisələri ilə də əməkdaşlığın faydalı olduğunu vurğulayan rektor Qafqaz və Xəzər universitetlərinin təcrübələrindən yararlanmağın vacibliyini diqqətə çatdırıb.
Öz təcrübələrini UNEC-lə paylaşmağa hazır olduğunu bildirən A.Saniç Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC-də tətbiq olunan yeniliklərin Qafqaz Universiteti üçün yararlı olacağını qeyd edib.
H.Niknafs isə UNEC-lə tanışlıqdan məmnun olduğunu bildirib. Bu əməkdaşlığın hər iki universitet üçün faydalı olacağına əminliyini ifadə edib.
Ə.Muradov Azərbaycandakı ali təhsil müəssisələri rektorlarının qeyri-rəsmi görüşünü təşkil etməyi təklif edib. Mütəmadi keçiriləcək görüşlərdə ali təhsildəki problemlərin müzakirə olunacağını nəzərə çatdırıb.
Sonda qonaqlar UNEC-də Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin dəstəyi ilə yaradılan Maliyyə laboratoriyası və London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr proqramı ilə tanış olublar. “Radio UNEC”də qonaq olaraq tələbələrin suallarını cavablandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

