Şərqin istedadlı qadınları: Rusiyanın və Azərbaycanın gələcəyi kimin əlindədir?
26.11.2015 [10:13]
Azərbaycanın uğurlu və fəal qadınları qonşu ölkələr arasında mədəni və tarixi körpülər yaradır. Müasir dünyada qadının vəziyyəti ölkənin inkişafı barədə mühakimə yürütməyə əsas verən göstəricilərdən biridir. Bu gün Azərbaycanı çox mütərəqqi dövlət adlandıranlar haqlıdırlar: burada qadınların biznes, elm və incəsənətlə məşğul olmağa, bu sahələrdə inanılmaz uğurlar qazanmağa tam haqqı var. Bəzən onlar nəinki həmvətənləri arasında, hətta bütün dünyada məşhur olur.
Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RAD Mərkəzi) saytında dərc edilmiş məqalə bu barədədir.
Məqalədə qeyd edilir ki, bu fikri təsdiqləyən saysız-hesabsız misallar göstərmək olar. Rəssam və ictimai xadim Aydan Salahovanın 1992-ci ildə Moskvada açdığı qalereya bu gün Rusiyada müasir və aktual incəsənətlə məşğul olan ən nüfuzlu özəl qalereyalardan biridir. Dünya şöhrətli virtuoz skripkaçı Sabina Rakçeyeva Avropa Mədəni Parlamentinin üzvüdür. O, Culyard İncəsənət Məktəbini bitirmiş və Londonda doktorluq dərəcəsi almış ilk azərbaycanlı qadındır. Rusiyada və bütün dünyada opera sərrafları Dinara Əliyevanı çoxdan tanıyır və sevirlər. Dinara Əliyevanın istedadını Monserrat Kabalye “tanrı vergisi” adlandırıb. Onun səsinin qeyri-adi tembri milyonlarla dinləyicini valeh edib. Məşhur Vyana operası onu dəfələrlə aparıcı partiyaları oxumağa dəvət edib. 2010-cu ildən Böyük Teatrın solisti olan D.Əliyeva bu il Moskvada öz festivalını keçirir. O, RAD Mərkəzinin jurnalistinə müsahibəsində deyib ki, qazandığı uğurların təməli vətəni Bakıda qoyulub.
Dinara Əliyeva deyir: “Moskva şəhəri mənə çox şey verib, mənim yaradıcılıq imkanlarımı üzə çıxarıb. Mənim müğənni kimi formalaşmağım Bakıda başlanıb. Səs ilə işləməyin əsaslarını Konservatoriyada müəllimim olmuş Xuraman Qasımovadan öyrənmişəm. Təəssüf ki, indi müəllimlik fəaliyyəti ilə az məşğul olan Gulya xanım Martınova mənə səhnədə yaşamağı öyrədib. Məhz onun sayəsində bu gün mən heç nədən qorxmuram, istənilən obrazı yarada bilərəm. Tənqidçilərin qeyd etdikləri tembr də yəqin ki, mənim doğulduğum yerlə bağlıdır. Bakı günəşli şəhərdir, dəniz, cənub iqlimi - bütün bunlar əsasdır, təməldir. Qalan məsələlər təcrübədə yaranır”.
Uğurlu və fəal qadınların daha bir parlaq nümunəsi Azərbaycan Prezidenti İlham Əliyevin qızı Arzu Əliyevadır. Onun fəaliyyət sahələrindən biri - milyonlarla tamaşaçıya Azərbaycanın tarixi və mədəniyyəti barədə söhbət açan tədris yönümlü sənədli filmlərə prodüserlik etməkdir. Arzu Əliyevanın ən böyük, mühüm və uğurlu layihələrindən biri bu il may ayında - Rusiya və Azərbaycan Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyini qeyd edən vaxt yaradılıb. 9 May günü ərəfəsində prodüseri Arzu Əliyeva olan “Hədəf - Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı sənədli film 26 ölkədə nümayiş etdirildi. Filmin çəkilişi Bakı Media Mərkəzi və Fransanın sənədli filmlər sahəsində ixtisaslaşmış məşhur “Clarke Costelle&Co” şirkəti tərəfindən aparılıb. Bu lentin çəkilməsi üçün altı ölkənin arxivlərindən götürülmüş 200 saatlıqdan artıq videomaterial bərpa edilib. Tamaşaçılar bu materialların çoxunu ilk dəfə görüblər. Filmi yaradanlardan biri - Lui Vodevil sonradan qeyd edib ki, bu film, heç şübhəsiz kinematoqraf tarixinə daxil olacaq və bu, o cümlədən çəkilişlərdə Arzu Əliyevanın fəal köməyi sayəsində mümkün olub.
Arzu Əliyeva deyir ki, kinematoqrafçıların işinə kömək etməklə o, müharibənin ağrı-acısını yaşamış insanlara hələ uşaqlıq dövründən bəslədiyi dərin hörmətini bildirmək və təcəssüm etmək istəyib. Üstəlik, bu film ümumi qələbənin qazanılmasında Azərbaycanın böyük rolunu tamaşaçıya göstərir. Özünün ən güclü layihələrindən biri haqda söhbət açan Arzu Əliyeva deyir: “Azərbaycandan 700 min nəfər cəbhəyə gedib, Onlardan 400 mindən çoxu döyüş meydanında həlak olub. Bizim neftçilər arxa cəbhədə çalışırdılar, döyüşlərdə iştirak etmiş hər on tankdan, hər on təyyarədən yeddisi Bakıda hasil edilən yanacaqla işləyirdi. O illərdə Azərbaycan xalqının qəhrəmanlığı heç vaxt unudulmayacaq”.
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev qeyd edir ki, “Hədəf - Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi Rusiya cəmiyyətində ciddi rezonans doğurub. Deputat deyir: “Qələbənin yubileyi ərəfəsində biz tarixi təzədən yazmaq və bizim adamları sovet xalqının qəhrəmanlığını unutmağa məcbur etmək cəhdləri ilə üzləşdik. “Hədəf - Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi o illərin hadisələrini: insanların nəyə görə məhv edildiyini, faşizm qalib gələcəyi halda bütün dünyanı hansı təhlükə gözlədiyini aşkar nümayiş etdirdi. Arzu Əliyevanın rəhbərlik etdiyi bu layihə, şübhəsiz, bizim xalqlarımız üçün, tarixi yaddaşımızın qorunub saxlanması üçün və deməli, gələcəyimiz üçün çox böyük əhəmiyyət kəsb edir. Bunu yüksək qiymətləndirmək lazımdır”.
RAD Mərkəzinin direktoru Nataliya Krasovskayanın fikrincə, bu gün Azərbaycan dövlətin ölçülüb-biçilmiş siyasəti sayəsində, ənənələrlə tərəqqinin əlaqələndirilməsi sayəsində qadınların öz qabiliyyətini tam reallaşdırmaq, öz istedadını üzə çıxarmaq, aktiv ictimai fəaliyyətlə məşğul olmaq imkanlarını göstərən nadir nümunədir. Ekspert bildirir ki, bu, həm sevindirici, həm də faydalı məsələdir. O deyir: “Qadınlar təbiətən dialoqa, əməkdaşlığa, körpülər yaratmağa meylli olur. Onlar öz fəaliyyətində uğurlar qazananda həmişə sülhə və dostluğa, xeyirxahlığa, cəmiyyəti sağlamlaşdırmağa çalışırlar. Dinara Əliyevanın festivalı yeni istedadları, o cümlədən Azərbaycandan olan istedadlı insanları rusiyalı tamaşaçılara tanıdır. Arzu Əliyevanın filmi əcdadlarımızın rəşadətlərini bizə xatırladır. Yaradıcılıqda özünü tapmış istedadlı insanların ölkələrimizin rahat gələcəyini necə yaratmalarına aid onlarca başqa misallar göstərmək olar”.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15

