“Hüseyn Cavid. Vətənə qayıdış” fotoalbomu və kitabının təqdimatı olub
28.11.2015 [11:21]
Noyabrın 27-də Beynəlxalq Mətbuat Mərkəzində “Hüseyn Cavid. Vətənə qayıdış” yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə bu il təsis edilən “Kaspi” mükafatının, “Hüseyn Cavid. Vətənə qayıdış” fotoalbomunun və kitabının təqdimatı da olub.
Tədbirdə əvvəlcə fotoalbomla bağlı videoçarx nümayiş etdirilib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov H.Cavidin həyat və yaradıcılığı haqqında məlumat verərək bildirib ki, o, təkcə Azərbaycan ədəbiyyatının deyil, türk dünyasının da böyük şairlərindəndir.
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev “Kaspi” Təhsil Şirkətinin və “Kaspi” qəzetinin birgə layihəsi olan “Hüseyn Cavid. Vətənə qayıdış” yazı müsabiqəsinin 2014-cü ilin yay aylarında elan edildiyini deyib. O, müsabiqə müddətində 100-ə yaxın yazı işinin qəbul edildiyini, onlardan 31-nin münsiflər tərəfindən sözügedən kitaba daxil edilərək, qaliblərin müəyyən olunduğunu diqqətə çatdırıb.
İ.Quliyev üç əsrin qəzeti adlandırılan “Kaspi”nin Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin, ədəbiyyatının keşiyində dayanan, daim maarifçilik missiyası həyata keçirən bir mətbu orqanı olduğunu bildirib.
O, “Hüseyn Cavid. Vətənə qayıdış” fotoalbomunun və kitabının təqdimatının da bu missiyanın davamı kimi dəyərləndirib.
Akademik İsa Həbibbəyli “Kaspi” Təhsil Şirkətinin Cavid irsinə qayğı və ehtiramını yüksək qiymətləndirib. Bunun, həmçinin klassik ədəbiyyata hörmətin göstəricisi olduğunu deyib.
Akademik qeyd edib ki, H.Cavidin nəşinin vətənə gətirilməsində Ümummilli lider Heydər Əliyevin xidmətləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu, Azərbaycan ədəbiyyatına və H.Cavidə verilən ən böyük qiymət idi.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə çıxışında “Kaspi” qəzetinin təşkilatçılığı ilə H.Cavidin əsərlərinin türk dilinə tərcümə olunduğunu və təbliğ edildiyini diqqətə çatdırıb. O bildirib ki, H.Cavid irsinin araşdırılması və təbliğində “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevanın xidmətləri əvəzsizdir.
Professorlar Kamran Əliyev, Cahangir Məmmədli və başqaları da H.Cavid yaradıcılığından, onun ədəbiyyatımızdakı rolundan danışıblar. Çıxış edənlər “Kaspi” Təhsil Şirkətinin və “Kaspi” qəzetinin H.Cavid irsinə qayğısının onun mənəvi varlığının yaşamasında yeni bir mərhələnin başlanğıcı olduğunu bildiriblər.
Sonda “Hüseyn Cavid. Vətənə qayıdış” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

