Avropa Gənclər Paytaxtının rəmzi açarı Gəncəyə gətirilib
18.12.2015 [09:59]
Dekabrın 17-də Avropa Gənclər Paytaxtının rəmzi açarı Gəncəyə gətirilib.
AZƏRTAC xəbər verir ki, Rumıniyanın Kluj Napoca şəhərindən Avropa Gənclər Paytaxtının rəmzi açarını qəbul edən Gəncənin nümayəndə heyəti şəhərin beynəlxalq hava limanında böyük təntənə ilə qarşılanıblar.
“Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin sədri Elmir Vəliyev Avropa Gənclər Paytaxtının rəmzi açarının gətirilməsi münasibətilə gəncəliləri təbrik edərək bildirib ki, bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir.
Sonra Gəncə Dövlət Dram Teatrının aktyorları hava limanında dahi Azərbaycan şairləri Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin və xalq qəhrəmanı Cavad xanın obrazlarını canlandırıblar. Musiqi və rəqs kollektivlərinin çıxışları olub.
Avropa Gənclər Paytaxtının rəmzi açarı əllərində üçrəngli Azərbaycan bayraqları tutmuş gənclərin müşayiəti ilə şəhərə gətirilib. Şəhəri dolaşan avtobus karvanı nəhayət mərkəzi meydana çatıb və minlərlə gəncin iştirakı ilə açarın qarşılanma mərasimi olub.
Sonra mərasim iştirakçıları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər qərənfillər düzüblər.
Həmin gün şəhərin mərkəzi meydanında əsl bayram əhval-ruhiyyəsi yaşanıb.
Beləcə Gəncə daha bir əlamətdar hadisənin şahidi olub. Avropa Gənclər Paytaxtının rəmzi açarı Gəncəyə gətirilib.
Xatırladaq ki, Gəncə 2013-cü ildə “Avropa Gənclər Forumu”nun Yunanıstanın Saloniki şəhərində keçirilən iclasında səs çoxluğu ilə 2016-cı il Avropa Gənclər Paytaxtı seçilib.
Avropa Gənclər Paytaxtı “Avropa Gənclər Forumu”nun həyata keçirdiyi beynəlxalq layihədir. Bu Forum Avropa ölkələrinin milli gənclər şuralarının və beynəlxalq qeyri-hökumət gənclər təşkilatlarının beynəlxalq platformasıdır. “Avropa Gənclər Forumu” Avropa Gənclər Paytaxtı layihəsini ilk dəfə 2009-cu ildə həyata keçirib. Avropanın ilk seçilən gənclər paytaxtı Niderlandın Rotterdam, daha sonra İtaliyanın Turin, Belçikanın Antverpen, Portuqaliyanın Braqa, Sloveniyanın Maribor, Yunanıstanın Saloniki və Rumıniyanın Kluj Napoca şəhərləri olub. Artıq Azərbaycanın Nizami yurdu da Avropa Gənclər Paytaxtları şəbəkəsinə qoşuldu. Bununla da şəhər gəncləri bir il ərzində gənclər sahəsində həyata keçirilən proqram və layihələr haqqında məlumatı Avropa ölkələrinə nümayiş etdirmək imkanı qazanıblar.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

