Azərbaycan ilə Misir arasında mədəni-mənəvi sahədə əlaqələr müzakirə edilib
18.12.2015 [10:13]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə A.Paşazadə Azərbaycan-Misir əlaqələrinin yüksək səviyyəsi, mədəni-mənəvi sahədə qarşılıqlı əlaqələr barədə danışıb. QMİ sədri deyib ki, Azərbaycan və Misir arasında mövcud tarixi əlaqələr, mənəvi yaxınlıq dini-mənəvi əlaqələrimizin inkişafına öz töhfəsini verir. Sovetlər dönəmindən başlayaraq Misirə etdiyi səfərləri xatırlayan şeyxülislam Misir xalqının tarixi irsə sadiqliyini, öz müqəddəratının təyin edilməsində fəallığını yüksək dəyərləndirdiyini bildirib. Misirin tanınmış din xadimləri ilə bağlı xatirələrini bölüşən QMİ sədri xanım səfirə bu ölkədə keçirilən mötəbər beynəlxalq dini tədbirlərdə iştirakı barədə danışıb. Əl-Əzhar şeyxləri ilə ünsiyyətlərini məmnunluqla qeyd edən şeyxülislam A.Paşazadə bu ali dini mərkəzlə gələcəkdə əlaqələrin inkişaf etdirilməsini əhəmiyyətli saydığını diqqətə çatdırıb. QMİ sədri Əl-Əzhar şeyxinə salamlarını və onu gələcəkdə Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərdə görmək istəyini çatdırmağı səfirdən xahiş edib.
Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dini-mənəvi irsə dövlət səviyyəsində qayğı və diqqət barədə səfiri məlumatlandıran A.Paşazadə müstəqillik dövründə Azərbaycanda bərpa edilən və yenidən qurulan məscidlər, ibadətgahlar barədə söhbət açıb. O, Dağlıq Qarabağda terrora məruz qalmış mənəviyyat abidələrimiz barədə məsələyə toxunaraq, bu işdə bütün İslam dünyasının qınaq mövqeyinin vacibliyini vurğulayıb.
Misir səfiri QMİ sədri ilə görüşünə xüsusi önəm verdiyini deyib. Müsəlman aləmində nüfuz və ehtiram sahibi olan şeyxülislam A.Paşazadənin Misirdə də yaxşı tanındığını bildirən xanım səfir onun 40 illik bir dövr ərzində Misirdə keçirilən tədbirlərdə iştirakını əhəmiyyətli hal kimi dəyərləndirib. O, Azərbaycanda olduğu iki ay ərzində müşahidə etdiyi dinlərarası münasibətlərdəki tolerantlıq, müxtəlif məzhəb və dinlər arasında mövcud qardaşlıq və ehtiramdan çox məmnun olduğunu diqqətə çatdırıb, ölkəmizdə gedən quruculuq işlərinin miqyasından rəğbətlə söhbət açıb. Azərbaycan və Misir arasında bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi yönündə bir səfir kimi əlindən gələni əsirgəməyəcəyini bildirən Suzan Cəmil Nuh dini-mənəvi əlaqələrin inkişafı istiqamətində şeyxülislamın dəstək və yardımına ümidlərini ifadə edib. Səfir bildirib ki, iki ölkənin dini mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi qarşılıqlı faydalıdır.
Şeyxülislam A.Paşazadə qarşıdan gələn Peyğəmbər Məhəmməd Salavatullahın mübarək Mövludu münasibətilə bütün müsəlmanları təbrik edib və xanım səfirdən təbriklərini Misir xalqına çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

