Ramiz İbrahimovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq
29.12.2015 [09:37]
Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının keçmiş sədri Ramiz İbrahimovun vəfatı istər Yeni Azərbaycan Partiyası üçün, istərsə də onu tanıyan insanlar üçün ağır bir itki oldu. Yüksək təşkilatçılıq qabiliyyətinə malik, Yeni Azərbaycan Partiyasına və dövlətçiliyə bağlı bir insan olan Ramiz İbrahimov hər zaman üzərinə düşən bütün vəzifələrə dərin məsuliyyətlə yanaşmaqla çalışdığı sahələrdə göstərilən etimadı layiqincə doğruldub.
1951-ci il noyabrın 27 də Göyçay rayonunun Ləkçıplaq kəndində anadan olan R.İbrahimov 1968-ci ildə orta məktəbi əla qiymətlə bitirib həmin ildə Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakültəsinə daxil olub. 1974-cü ildə həmin instutu bitirərək hidrotexnika mühəndisi kimi təyinatla Dağıstan Muxtar Respublikasının Kizlər Su tikinti trestinə göndərilib və orada 14 saylı Səyyar Mexanikləşdirilmiş Dəstədə usta kimi əmək fəaliyyətinə başlayıb. Daha sonra həmin dəstədə iş icraçısı vəzifəsində işləyən Ramiz İbrahimov ailə vəziyyəti ilə əlaqədar 1976-cı ilin fevral ayında doğma Göyçaya qayıdıb.
Əmək fəaliyyətini Su-Tikinti Trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində briqadir, iş icraçısı, Göycay Su-Tikinti Trestinin İstehsalat texnoloji kompleks idarəsinin mühəndisi kimi davam etdirən R.İbrahimov 1983-cü ilin noyabr ayından 1987-ci ilin yanvar ayına qədər həmin idarədə rəis, 1987-ci ilin yanvar ayından 1990-cı ilin aprel ayına kimi Göycay Su-Tikinti Trestinin Tikinti Quraşdırma İdarəsinin rəisi olub. 1992-ci ildən 1995-ci ilədək Göycay Su-Tikinti Trestində aparıcı mühəndis, daha sonra isə həmin trestin avtonəqliyyat müəssisəsində rəis vəzifəsində işləyən Ramiz İbrahimov 1996-cı ildən 1998-ci ilədək “Azəravtoyol” Dövlət Şirkətinin Göyçay 13 saylı Yol İstehsalat idarəsində rəis kimi fəaliyyət göstərib. 2001-ci ildən Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində çalışıb.
Ramiz müəllimin əmək fəaliyyəti, ömür yolu qədər siyasi fəaliyyəti də zəngin məqamları ilə seçilir. Siyasi fəaliyyətinin əsasını hər zaman dövlətə, xalqa xidmət etmək amalı ilə quran Ramiz İbrahimov 1992-ci ildə ölkəmizdə baş verən proseslərə biganə qalmayaraq həmin dövrün ölkə rəhbərliyini zəbt etmiş insanların yarıtmaz fəaliyyətinə qarşı açıq fikirlərini ifadə edib. Respublikada baş verən mürəkkəb siyasi proseslər zamanı Ramiz İbrahimov öz həqiqi vətəndaşlıq borcunu yerinə yetirərək milli mənafelərə sədaqət nümayiş etdirib.
1992-ci ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması bir çox Azərbaycan vətəndaşı kimi, Ramiz müəllimin də gələcəyə ümidlərini artırdı. Həmin dövrdə Göyçay rayonunda partiyanın rayon təşkilatının yaradılmasında böyük zəhmət sərf edən, YAP Göyçay rayon təşkilatının yaradıcılarından biri olan Ramiz İbrahimov 1993-cü ilin mart ayında keçirilən YAP Göyçay rayon təşkilatının ilk konfransında rayon təşkilatının İdarə Heyətinin üzvü seçilib. Hər zaman Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirən Ramiz İbrahimovun Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inkişafında, gənclərin partiyamızın ətrafında birləşməsində, sağlam ruhda böyüdülməsində, eləcə də gənc nəsil arasında Ulu öndər Heydər Əliyev irsinin təbliğində böyük xidmətləri olub. Göyçay rayonunda hər kəsin xüsusi ehtiram göstərdiyi Ramiz İbrahimov qısa zaman kəsiyində YAP Göyçay rayon təşkilatının sıralarının genişlənməsində, insanların partiya işində fəal iştirakında mühüm rol oynayıb. 2001-ci ildən YAP Göyçay rayon təşkilatının sədri seçilən Ramiz İbrahimov Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən inkişaf və quruculuq siyasətinin həyata keçirilməsində yaxından iştirak edib.
Bəli, Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyət göstərən Ramiz İbrahimov iqtisadiyyatın müxtəlif sahələrində müvəffəqiyyətlə çalışıb. Göyçay rayonunun iqtisadi potensialının gücləndirilməsinə töhfələr verib. Harada işləməsindən asılı olmayaraq, o, daim özünün yüksək peşəkarlığı və təşkilatçılıq qabiliyyəti ilə seçilib, həmkarları arasında dərin nüfuz qazanıb. Ramiz müəllimin xatirəsi Yeni Azərbaycan Partiyasının üzvləri üçün, eləcə də onu tanıyan hər bir şəxs üçün hər zaman əziz olacaq. Allah rəhmət eləsin!!!
“Yeni Azərbaycan”
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

