Xalq yazıçısı Anarın “Göz muncuğu” kitabının Varşavada təqdimatı keçirilib
14.01.2016 [09:14]
Azərbaycanın Polşadakı səfirliyində Xalq yazıçısı Anarın “Göz muncuğu” kitabının təqdimatı keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Polşa ictimaiyyətinin nümayəndələri, ədəbiyyatşünaslar, Azərbaycan diasporunun nümayəndələri və tələbələr iştirak ediblər.
Qeyd edək ki, Xalq yazıçısı Anarın “Göz muncuğu” kitabı Vrotslav şəhərində “ATUT” nəşriyyatında “Şərq modernizmi” seriyasında nəşr edilib. Kitabın nəşri Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Azərbaycan ədəbiyyatının xaricdə təbliği” proqramı çərçivəsində ərsəyə gəlib. “Göz muncuğu” Anarın Polşada nəşr olunan üçüncü kitabıdır.
Tədbirdə çıxış edən səfir Həsən Həsənov Xalq yazıçısı Anarın Azərbaycan ədəbiyyatının istedadlı, zəngin yaradıcılığa malik yazıçılarından biri olduğunu bildirib. Səfir xüsusi olaraq qeyd edib ki, Anarın yaradıcılığı azərbaycanlılarda milli şüurun formalaşmasında böyük rol oynayıb. Sevindirici hal isə ondan ibarətdir ki, Anarın yaradıcılığı ilə nəinki azərbaycanlıların, həm də bir çox dünya xalqlarının oxuyub tanış olmaq imkanları var.
H.Həsənov Polşa oxucusuna təqdim olunan “Göz muncuğu” kitabının da ictimaiyyət arasında böyük marağa səbəb olacağına inandığını deyib.
Daha sonra çıxış edən kitabın polyak dilinə tərcüməçisi, filologiya üzrə humanitar elmlər doktoru İlahə Kərimova qonaqlara kitab haqqında ətraflı məlumat verib. Qeyd edib ki, “Göz muncuğu” dərin mənalı, maraqlı, lakin heç də asan qəbul oluna bilməyən povestdir. Əsərin oxucusundan həm Avropada, həm də Şərqdə mövcud olan miflər, əfsanələr və motivlər haqqında bilgiyə malik olması tələb olunur. Povestin bütün ideyası insanı dərk etmək fəlsəfəsinə həsr olunub. Həqiqətən də “Göz muncuğu” povesti insanın daxili portretidir.
İ.Kərimova həmçinin bildirib ki, povesti birnəfəsə oxuduqdan sonra onu polyak dilində oxuculara bacardıqca yüksək səviyyədə təqdim etməyi qarşısına məqsəd qoyub. Uzun müddət, böyük həvəslə əsərin tərcüməsi üzərində işlədikdən sonra “Göz muncuğu” povestini polyak oxucuları üçün ərsəyə gətirmək mümkün olub.
Tədbirin sonunda qonaqlara kitablar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

