İsmayıllıda istehlak bazarına nəzarət üzrə komissiya yaradılıb
14.01.2016 [09:29]
Yanvarın 13-də İsmayıllı rayon İcra Hakimiyyətində keçirilən müşavirədə dünya iqtisadiyyatında yaşanan böhranın, neftin qiymətinin sürətlə aşağı düşməsinin Azərbaycandan da təsirsiz ötüşmədiyi, manatın devalvasiyası şəraitində istehlak bazarında bəzi iş adamları tərəfindən süni qiymət artımı ilə bağlı yaşanan vəziyyət geniş təhlil olunub, vəzifələr müəyyənləşdirilib, aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.
AZƏRTAC xəbər verir ki, ərazi icra nümayəndələrinin, hüquq mühafizə orqanları rəhbərlərinin, sahibkarların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri müşavirəni açan və mövcud reallıqları ətraflı şərh edən İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yaranan şəraitdən sui-istifadə etməyə çalışan işbazların istehlak bazarında qiymətləri süni şəkildə qaldırmalarından danışıb.
İclasda ötən mövsümdə 103 min ton taxıl istehsal olunan İsmayıllının istehlak bazarında unun, yerli istehsal olan bir sıra meyvənin, yumurtanın alıcılara yüksək qiymətə təklif edilməsinin anlaşılmaz olduğu, bu sahədə bir sıra işbazların tutduğu yanlış, antimilli mövqe kəskin tənqid edilib, Prezident İlham Əliyevin belə hallara qarşı qətiyyətli mövqeyi diqqətə çatdırılıb. Bildirilib ki, qiymətlərdə süni şişirtmələrə yol verənlər sərt cəzalandırılacaqlar.
Açıq dialoq şəraitində keçən müşavirədə çıxış edən sahibkarlar, o cümlədən “İsmayıllı Quşçuluq” MMC-nin direktoru Zahid Qardaşov, çörəkbişirmə sexinin sahibi Asudə Babayeva, ərzaq məhsullarının topdansatış mağazasının müdiri Nasir Kamilli və başqaları süni qiymət artımlarının məsuliyyətsiz, insanlığa yaraşmayan hərəkət olduğunu bildiriblər. Qeyd edilib ki, xariclə bağlı olmayan yerli məhsulların qiymətində artım halları yalnız bu vəziyyətdən sui-istifadə edərək əlavə gəlir qazanmağa çalışan möhtəkirlərin fəaliyyətinin nəticəsidir. Xüsusilə kənd təsərrüfatı məhsullarının qiymətlərini artırmaq cəhdləri də müşahidə olunur ki, bu, yolverilməz haldır. Meyvə-tərəvəz, yumurta, ağartı məhsulları və s. yerli istehsal xarakterli məhsullardır. Onların qiymətində artım yalnız möhtəkirliyin nəticəsidir.
Rayon prokurorluğunun müstəntiqi Eldar Məmmədov müşavirədə çıxış edərək, süni qiymət artımına yol verməklə, istehlakçıları aldadanların qanunla məsuliyyət daşıdıqlarını şərh edib, sualları cavablandırıb.
Müşavirədə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevin sədrliyi ilə istehlakçıların hüquqlarının qorunması üzrə komissiya yaradıldığı qeyd olunub. Bu cür komissiyaların kənd ərazi nümayəndəliklərində də yaradılması, onun tərkibinə ağsaqqalların, ziyalıların, gənclərin cəlb edilməsi tövsiyə edilib.
Komissiyalara rayonda istehlak bazarına mütəmadi olaraq nəzarət etmək, hər bir şikayəti operativ surətdə araşdıraraq konkret tədbirlər görmək barədə tapşırıq verilib.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

