/ / “Aveta” MMC: 50 kiloqramlıq un kisəsinin qiyməti daşınma xərcindən asılı olaraq pərakəndə satışda 23-24 manatdır
“Aveta” MMC: 50 kiloqramlıq un kisəsinin qiyməti daşınma xərcindən asılı olaraq pərakəndə satışda 23-24 manatdır
16.01.2016 [10:31]
Dünyanı bürüyən iqtisadi böhran Azərbaycandan da yan keçməyib. Xüsusən neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi “qara qızıl” ölkəsi olan respublikamızın büdcəsinə təsirsiz ötüşməyib. Manatın devalvasiyası bu gün istehlak bazarında qiymət artımını da qaçılmaz edib. Lakin təəssüflə qeyd olunmalıdır ki, bəzi işbazlar yaranan vəziyyətdən sui-istifadə edərək qiymətlərin süni şişirdilməsi hesabına daha çox qazanc götürməyə çalışırlar. Qiymət şişirtmələri nəinki yerli istehlak malları, habelə həssas sahə olan un bazarında da hiss edilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev süni qiymət artımına yol verənlərə qarşı sərt cəza tədbirləri görülməsi ilə bağlı əlaqədar qurumların qarşısında konkret vəzifələr qoyub. Artıq bununla bağlı həyata keçirilən operativ tədbirlər öz nəticəsini verməkdədir.
Əlbəttə, qiymət artımı sahəsində şəffaflıq, istehlak bazarında mövcud vəziyyət və sair barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması olduqca zəruridir. Bu, şayiələrin, əsassız dedi-qoduların yaranmasının qarşısını alır.
AZƏRTAC-ın müxbiri “Karat Holding” şirkətinin Kürdəmirdəki filialı olan “Aveta” MMC-nin un istehsalı müəssisəsində olub və bazarda yaranan mövcud vəziyyət barədə ətraflı məlumat alıb. Sutkalıq istehsal gücü 500 ton olan müəssisə “Karmen” markası ilə un, habelə kəpək istehsal edir. Buradan Kürdəmirə və ətraf bölgələrə, əsasən Ağsu, Ucar, İmişli, İsmayıllı rayonlarının bazarlarına un göndərilir. MMC-nin icraçı direktoru Rəhim Nuğayev bildirib ki, manatın devalvasiyasından sonra yeni qiymət tərtib olunanadək rayonlarda bir sıra işbazlar yaranan vəziyyətdən istifadə edərək qiymətləri süni şəkildə artırmağa başladılar. Belə ki, bir sıra mağazalarda unun satışını dayandırdılar və ya 45-50 kiloqramlıq hər kisə üçün alıcılardan əlavə olaraq 5-7 manat pul tələb etdilər. Bu, əsl möhtəkirlikdir. Artıq bizdə pərakəndə satış qiymətləri dürüstləşdirilib. İndi hər 50 kiloqramlıq kisənin qiyməti topdansatış 22 manat 30 qəpik, pərakəndə satışda isə daşınma xərcindən asılı olaraq 23-24 manatdır. Həmçinin bildirmək istərdim ki, müəssisədə kifayət qədər taxıl ehtiyatı var.
Qeyd edək ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı yanvarın 15-dən etibarən əlavə dəyər vergisindən azad olunub. Bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb. Daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.
Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq. Unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

