/ / ƏƏSMN-də “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası” layihəsinin hazırlanması məqsədilə yaradılmış İşçi qrupun iclası keçirilib
ƏƏSMN-də “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası” layihəsinin hazırlanması məqsədilə yaradılmış İşçi qrupun iclası keçirilib
28.01.2016 [09:52]
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinin hazırlanması məqsədilə yaradılmış İşçi qrupun iclası keçirilib. Tədbirdə bir sıra nazirlik və dövlət komitəsinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əmək ehtiyatlarından səmərəli istifadəyə şərait yaradılmaqla əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının başlıca istiqamətlərindən biri olduğunu vurğulayıb. Nazir bildirib ki, ötən müddətdə yoxsulluğun azaldılması və davamlı inkişaf, regionların sosial-iqtisadi tərəqqisi, habelə Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət proqramları, 2004-cü ildən bəri 1,5 milyon iş yerinin, eləcə də ötən il 100 mindən çox iş yerinin yaradılması ölkədə əmək qabiliyyətli əhali arasında məşğulluq səviyyəsinin 95 faizədək yüksəlməsinə imkan verib. Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarının icrası olaraq, Məşğulluq Konsepsiyası layihəsinin hazırlanması üçün İşçi qrupu yaradılıb. İşçi qrupda ümumilikdə 21 aidiyyəti dövlət orqanı və sosial tərəfdaşlar təmsil olunur.
S.Müslümov 2016-2025-ci illəri əhatə edəcək Konsepsiya layihəsinin 3 ay müddətində hazırlanmasının nəzərdə tutulduğunu bildirib: “Layihədə mövcud makroiqtisadi vəziyyətin və əmək bazarının təhlili, gələcək inkişaf perspektivləri və meyilləri, qarşıda duran əsas çağırışlar və problemlər, növbəti illər üçün məşğulluq siyasətinin əsas məqsəd və vəzifələri, əmək bazarında tələb və təklif arasında tarazlığın təmin edilməsi üzrə zəruri addımlar və s. əksini tapacaq”.
Daha sonra İşçi qrupun qarşısında duran vəzifələr və fəaliyyət planı barədə iclas iştirakçılarına məlumat verilib. Tədbir iştirakçıları Məşğulluq Konsepsiyası layihəsinin hazırlanmasında, layihədə əsas məqsəd və vəzifələrin müəyyən olunmasında ölkənin mövcud sosial-iqtisadi inkişaf meyillərinin, demoqrafik amillərin nəzərə alınmasının vacibliyini xüsusi vurğulayıblar. İclasda əmək bazarında mövcud vəziyyət, gənclərin məşğulluğunun artırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, əmək bazarında tələb və təklifin uyğunlaşdırılması, peşəyönümü sisteminin təkmilləşdirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb. Dünya Bankının və Beynəlxalq Əmək Təşkilatının ekspertləri tərəfindən həmin qurumların layihənin hazırlanmasına göstərəcəkləri texniki dəstək barədə məlumat verilib.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

