Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən güclü ordusuna çevrilib
04.02.2016 [09:43]
Tərtərdə “Ordu gəncləri böyük qüvvədir” adlı gənclik və vətənpərvərlik bayramı keçirilib
Müdafiə Nazirliyi və Tərtər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər şəhərindəki Heydər Əliyev parkında 2 fevral - Gənclər Günü münasibətilə “Ordu gəncləri böyük qüvvədir” adlı gənclik və vətənpərvərlik bayramı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirib, Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika və silahlarla tanış olublar.
Hərbi xidmətçilərin, Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin, ictimaiyyət nümayəndələrinin və gənclərin iştirak etdiyi tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov gəncləri əlamətdar gün münasibətilə təbrik edib, tərtərlilərin Vətənin müdafiəsində fədakarlığından danışıb. Bildirib ki, rayon ərazisi 48 kilometr məsafədə düşmənlə təmas xəttində yerləşir. Qarabağ müharibəsi zamanı minlərlə tərtərli Vətənin müdafiəsinə qalxıb, onlardan 300 nəfərdən çoxu şəhid olub, yüzlərlə insan sağlamlığını itirib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş tərtərlilərdən 2 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Müdafiə Nazirliyinin nümayəndələri general-mayor Rasim Əliyev və general-mayor Hikmət Həsənov çıxış edərək, Azərbaycanda ordu quruculuğundan, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsində Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, Ulu öndərin ordu quruculuğu siyasəti bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Azərbaycanın paralimpiyaçı cüdoçusu, ikiqat paralimpiya, beşqat Avropa və dünya çempionu, birinci Avropa Oyunlarının qızıl medalçısı İlham Zəkiyevə Tərtər rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyə verilib.
Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani və Xalq artisti Pərvanə Qurbanovanın aparıcılığı ilə keçirilən tədbirdə Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, hərbi orkestrin, Gəncə Dövlət Dram Teatrının və Tərtər rayon mədəniyyət və turizm şöbəsinin kollektivlərinin ifasında hərbi vətənpərvərlik mövzusunda mahnı və rəqslər təqdim olunub, xüsusi təyinatlı dəstə döyüş bacarığını nümayiş etdirib.
Sonra Heydər Əliyev Mərkəzində respublikanın müxtəlif bölgələrində xidmət edən hərbi qulluqçulara “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal, qiymətli hədiyyələr və fəxri fərmanlar, həmçinin Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova, İlham Zəkiyevə və digərlərinə “Fədai” medalı təqdim olunub.
Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Gənclər Günü münasibətilə şəxsi heyəti təbrik edərək bildirib ki, Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hərbi qulluqçuların əksəriyyəti gənclərdir. Gənclərin hər bir ölkənin gələcəyini, inkişafını istiqamətləndirən aparıcı qüvvə olduğunu deyən K.Vəliyev Azərbaycan gənclərinin yüksək intellektli vətəndaş kimi formalaşmasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin mühüm rolu olduğunu diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

