Kəlbəcərli məcburi köçkünlər ölkəmizdə həyata keçirilən antiböhran tədbirlərini təqdir edirlər
04.02.2016 [10:09]
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov fevralın 3-də Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınmış qəsəbədə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Kəlbəcər rayon mədəniyyət sarayında keçirilən görüşdə respublikanın 30 rayonunda məskunlaşan 600 kəlbəcərli iştirak edib.
Görüşdə çıxış edən Cavid Qurbanov son illər dünyada və regionda gedən siyasi proseslərdən danışıb. Bildirib ki, dünyada hökm sürən iqtisadi böhranın təsirlərinə baxmayaraq, yaranmış vəziyyətdən uğurla çıxmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bir sıra islahatlar həyata keçirilir, çevik iqtisadi siyasət yürüdülür.
Qeyd edilib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının uğurla reallaşdırılması nəticəsində ölkəyə böyük məbləğdə valyuta axını təmin edilib. Azərbaycanın maliyyə imkanlarının artması ölkədə infrastruktur layihələrinin həyata keçirilməsinə, sosial problemlərin həllinə, qeyri-neft sektorunun inkişafına böyük imkanlar yaradıb. Son 10 ildə Azərbaycan iqtisadiyyatına 200 milyard dollar vəsait qoyulub. Həmin vəsaitlərin 100 milyardı xarici şirkətlər və iş adamları tərəfindən əsasən qeyri-neft sektoruna yatırılıb. Ötən 12 ildə ölkədə 1 milyon 600 min iş yeri açılıb ki, bunun da əksəriyyəti daimi iş yerləridir.
Cavid Qurbanov vurğulayıb ki, yaxın gələcəkdə Azərbaycan yalnız neft və qaz kimi strateji ehtiyatlarına görə deyil, həm də beynəlxalq yüklərin daşınmasına görə nəinki bölgənin, o cümlədən dünyanın tranzit mərkəzlərindən birinə çevriləcək. Bildirilib ki, Çindən gələn yük qatarı Azərbaycandan keçməklə Avropaya yola salınıb. Eyni zamanda, Ukraynadan gələn yüklər də Azərbaycan üzərindən Qazaxıstana göndərilib. Dövlətimizin başçısının Azərbaycanı bölgənin tranzit mərkəzinə çevirmək istiqamətində gördüyü işlər, xarici ölkələrə etdiyi rəsmi və işgüzar səfərlər, apardığı danışıqlar yaxın illərdə tranzit daşımaları hesabına büdcəyə böyük məbləğdə valyuta axınına imkan yaradacaq.
Daha sonra rayon ağsaqqalı Surxay Səlimov, sahibkar Rəhman İsmayılov, məktəb direktoru Cəmşid Əlbəndov və başqaları çıxış edərək, Azərbaycanda hökm sürən sabitliyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, manatın devalvasiyasından istifadə edən bəzi işbazlar şəxsi mənafelərini dövlətin mənafeyindən üstün tutaraq qiymətləri süni şəkildə artırmağa çalışsalar da, Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu kimi halların qarşısı alınır.
Görüşdə çıxış edənlər dövlətimizin başçısının biznes mühitinin sağlamlaşdırılması, azad rəqabət şəraitinin yaradılması, sahibkarlıq subyektlərinin işinə əsassız müdaxilələrin aradan qaldırılması, taxıl və taxıl məhsullarının əlavə dəyər vergisindən azad olunması, maaşların, pensiya və təqaüdlərin artırılması və görülən digər tədbirləri təqdir etdiklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

