/ / KİVDF-nin Nizami RİH-lə birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
KİVDF-nin Nizami RİH-lə birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
11.02.2016 [09:58]
Fevralın 10-da Nizami rayon İcra Hakimiyyətinin (RİH) 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat iclası keçirilib.
Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Nizami rayon İcra Hakimiyyətinin birgə elan etdikləri “Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Əvvəlcə Nizami rayonunun sosial-iqtisadi, mədəni və humanitar sahələrdəki uğurlarından bəhs edən film nümayiş etdirilib.
Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Rasim Musabəyov və başqaları qlobal böhran şəraitində respublikamızın bütün sahələrdə dinamik inkişaf yolu keçdiyini, ölkəmizdə mühüm sosial layihələrin reallaşdırıldığını deyiblər.
Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev ötən ilin respublikamız üçün uğurlu olduğunu, müxtəlif sahələrdə mühüm nailiyyətlərin qazanıldığını konkret faktlar əsasında tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonda görülən işlərin, əldə olunmuş uğurların və nöqsanların ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolunu yüksək dəyərləndirib. O, Fondla birgə təşkil olunan fərdi jurnalist yazıları müsabiqələrinin əhəmiyyətini bu baxımdan xüsusilə qeyd edib.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxış edərək deyib ki, fərdi jurnalist yazıları müsabiqələrinin təşkilində məqsəd mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə KİV-lər arasında əlaqələrin genişləndirilməsi, görülən işlərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılması, habelə jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılmasıdır. Fondun Nizami RİH-lə birgə indiyədək 4 dəfə fərdi jurnalist yazıları müsabiqəsi təşkil etdiyini diqqətə çatdıran V.Səfərli 2015-ci il noyabrın 25-dən 2016-cı il yanvarın 21-dək davam etmiş sonuncu müsabiqəyə 27 kütləvi informasiya vasitəsindən 48 yazının təqdim edildiyini bildirib. O, ekspertlərin rəyinə əsasən, müsabiqə üzrə 6 jurnalistin əsas, 10 jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 16 jurnalistin mükafatlandırılması barədə qərarın qəbul olunduğunu qeyd edib.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.
Hesabat iclasının sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxSosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06

