Astarada ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
13.02.2016 [11:20]
Astara rayon İcra Hakimiyyətinin geniş şura iclasında 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar. Rayonun idarə, müəssisə və təşkilatları rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, yerli sahibkarların və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi iclasda Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev hesabat məruzəsi ilə çıxış edib.
Qeyd olunub ki, 2015-ci ilin ən yaddaqalan hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Astaraya növbəti səfəri olub. Səfər zamanı dövlət başçısı 12 min nəfər əhalinin yaşadığı və 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun açılışını edib, müasir tələblər səviyyəsində qurulan, şəhərə xüsusi yaraşıq verən dənizkənarı park-bulvar kompleksi və “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olub, ictimaiyyət nümayəndələri ilə görüşüb. Səfərdən sonra Astara şəhər 2 nömrəli tam orta məktəb binasının əsaslı təmiri, 12 min nəfər əhalinin yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi ilə bağlı Sərəncam imzalanıb.
Bildirilib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, ötən il Astara rayonunda bir sıra infrastruktur layihələri reallaşdırılıb. Hesabat ilində 360 şagird yerlik Artupa kənd tam orta məktəbinin tikintisi yekunlaşıb, 860 şagird yerlik Astara şəhər 2 nömrəli tam orta məktəb binasının əsaslı təmiri, Sım kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, rayon ərazisindəki avtomobil yollarının təmiri, abadlaşdırılması davam etdirilib, ucqar dağlıq əraziləri əhatə edən, mürəkkəb relyef şəraitində yerləşən Taxtanəkəran-Toradi avtomobil yolunun tikintisinə start verilib.
Ötən il Pensər çayı üzərində 2 avtomobil körpüsü tikilib istifadəyə verilib, Xanbulançay su anbarından Astara şəhərinə içməli su xəttinin çəkilməsinə başlanılıb.
Diqqətə çatdırılıb ki, hesabat ilində rayonda ümumi məhsul və xidmətlərin həcmi 175 milyon 558 min manat təşkil edib. Bunun 6,4 faizi sənayenin, 40 faizi kənd təsərrüfatının, 26,4 faizi tikintinin, 25,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsinin, 2 faizi nəqliyyat və anbar təsərrüfatının, 0,4 faizi informasiya və rabitənin payına düşüb. İl ərzində rayonda 766 yeni iş yeri açılıb.
Məruzə ətrafında çıxış edənlər ötən il rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan söhbət açıb, qarşıda duran vəzifələr və mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Şura iclasında müzakirə olunan məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.
İclasda həmçinin Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov və Milli Məclisin deputatı Rəşad Mahmudov çıxış edərək bildiriblər ki, 2015-ci il bütövlükdə ölkəmiz üçün uğurlu il olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük işlər görülüb, ölkəmizin dinamik inkişafı təmin edilib.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

