Təhsil naziri Ağstafada rayon ictimaiyyətinin nümayəndələri və sahibkarlarla görüşüb
13.02.2016 [11:22]
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq təhsil naziri Mikayıl Cabbarov fevralın 12-də Ağstafada rayon ictimaiyyətinin nümayəndələri və sahibkarlarla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl Ümummilli lider Heydər Əliyevin Ağstafa şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Rayon İcra Hakimiyyətində keçirilən görüşdə idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər.
Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev görüşdə çıxış edərək, son illərdə rayonda görülən işlərdən, müxtəlif sahələrdə, o cümlədən aqrar sektorda əldə olunan uğurlardan söz açıb. M.Quliyev regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində reallaşdırılan layihələr barədə də məlumat verib. Aqrar sektorun inkişafından, kəndlərarası yolların tikintisindən, yeni təhsil və səhiyyə müəssisələrinin açılmasından danışan İcra Hakimiyyətinin başçısı bunu dövlətimizin başçısının regionlara qayğısı kimi səciyyələndirib.
Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə bölgələrdə keçirilən görüşlərin əsas məqsədi sakinləri dinləmək, onların fikir və təkliflərini öyrənmək, qaldırılan məsələlərin həllinə nail olmaqdır.
M.Cabbarov qeyri-neft sektorunun inkişafı, iş adamlarına hərtərəfli dəstək göstərilməsi, sahibkarlığın inkişafına mane olan amillərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışıb, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin Azərbaycandan da təsirsiz ötüşmədiyini bildirib. Qeyd olunub ki, dünyada baş verən qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsiri Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində minimuma endirilib. Qarşıya qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asılılıqdan azad edilməsi kimi mühüm vəzifələr qoyulub. Bu sahədə dövlətimizin başçısının verdiyi konkret tapşırıqlar ictimaiyyət tərəfindən də dəstəklənir.
Diqqətə çatdırılıb ki, dünyanı bürüyən iqtisadi böhranın Azərbaycana təsirini maksimum azaltmaq üçün bölgələrin potensialından səmərəli istifadə edilməlidir. Ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün torpaqlardan səmərəli istifadə bu baxımdan xüsusi önəm daşıyır.
Nazir bildirib ki, ölkəmizin sosial-iqtisadi inkişafında əldə olunan uğurlu nəticələr təhsil sahəsində də islahatlar həyata keçirməyə imkan verir. Mikayıl Cabbarov görüşdə regional təhsil idarələrinin yaradılması layihəsinin əsas məqsədini açıqlayaraq deyib ki, 2016-cı il yanvarın 1-dən regional maliyyə hesablaşma idarələri fəaliyyətə başlayıb. Bu proses davam edir və bu il may ayının sonuna qədər başa çatacaq. Regional təhsil idarələrinin yaradılması bu sahəyə yönəlmiş sərmayələrdən səmərəli istifadə nəticəsində təhsil sistemində nailiyyətlərin daha da yüksəldilməsinə xidmət edəcək.
Təhsil naziri ictimaiyyət nümayəndələrini müzakirələrdə fəal olmağa, problemlərin həlli, rayonun potensialından səmərəli istifadə edilməsi üçün təkliflər verməyə çağırıb.
Görüşdə iştirak edən rayon sakinləri son illərdə Ağstafada xeyli sayda yeni məktəb binasının tikilməsini yüksək qiymətləndiriblər. Çıxışlarda rayonda qəzalı vəziyyətdə olan məktəb binalarının təmiri, sahibkarlığın, kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı təkliflər səsləndirilib.
İctimaiyyət nümayəndələri regionlara, o cümlədən Ağstafaya göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52

