/ / FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində inşaat sektorunda çalışan sahibkarlarla görüş olub
FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində inşaat sektorunda çalışan sahibkarlarla görüş olub
17.02.2016 [10:03]
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, fevralın 16-da Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində ölkəmizin inşaat sektorunda çalışan sahibkarlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə agentliyin rəhbərliyi və mütəxəssislərinin iştirakı ilə tikinti qanunvericiliyinin, o cümlədən Şəhərsalma və Tikinti Məcəlləsinin ayrı-ayrı müddəalarının, tikinti sahəsində yeniliklərlə bağlı məlumatların, habelə tikintiyə icazə prosedurunun slaydlarla geniş izahatı verilib.
Bundan başqa, tikintiyə icazə ilə bağlı “bir pəncərə” prinsipi əsasında təqdim edilmiş layihə sənədlərinin ekspertizası prosesində sahibkarların onlayn iştirakına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Qarşılıqlı müzakirə şəraitində sahibkarları maraqlandıran suallar öz cavabını tapıb, tikintiyə dair qanunvericilik toplusu onlara təqdim olunub.
Daha sonra sahibkarlar qarşısında çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov görüşün tikinti sahəsində fəallığın artırılması istiqamətində mövcud problemlərin və onların həlli yollarının müzakirə olunması məqsədi daşıdığını bildirib. Nazir Prezident İlham Əliyevin uzaqgörən siyasəti, bilavasitə təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan çoxşaxəli islahatlar sayəsində iqtisadiyyatımızın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, iqtisadi və sosial məsələlərin həlli ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində mühüm işlərə başlanılıb. Azərbaycan Prezidentinin yanında keçirilmiş iqtisadi və sosial məsələlərin həlli ilə bağlı geniş müşavirədən danışan nazir dövlətimizin başçısının tikinti sektorunda fəallığın artırılması ilə bağlı verdiyi tapşırıqların icrasının bütövlükdə ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Respublikamızda son illərdə iqtisadiyyatın bütün digər sahələrində olduğu kimi, tikinti sektorunda da sürətli, geniş və çoxşaxəli inkişafın göz qabağında olduğunu vurğulayan nazir Kəmaləddin Heydərov deyib: “Bu gün yalnız paytaxtımızda deyil, digər şəhər və rayonlarda da tikinti işləri geniş vüsət alıb. Çoxsaylı yaşayış evləri, uşaq bağçaları, körpələr evi, məktəb binaları tikilmiş və inşa olunmaqdadır. Rayon və qəsəbələri birləşdirən, beynəlxalq əhəmiyyətli yollar salınır, körpülər, tunellər, parklar inşa edilir, abadlıq işləri görülür. Bütün bu işlər isə bilavasitə inşaatçıların və əsasən, yerli şirkətlərin fəal iştirakı ilə həyata keçirilir”.
Nazir qeyd edib ki, Bakının doqquz mikrorayonundakı köhnə, istismar müddəti bitmiş binaların sökülərək yenilərinin tikilməsi ilə bağlı konsepsiya hazırlanıb. Konsepsiyaya əsasən, bu binaların sakinlərinin yeni binalara köçürülməsi nəzərdə tutulur. Yeni tikilən binalardakı əlavə sahələr hesabına tikinti şirkətləri xərclərini çıxaracaq və gəlir götürə biləcəklər. Fövqəladə Hallar Nazirliyi də bu sahədə tikinti şirkətlərinə dəstək verəcək.
Həmçinin son illər ölkəmizdə yerli inşaat materiallarının istehsalının genişləndiyini, bu sahədə çoxsaylı müəssisələrin fəaliyyətə başladığını, lakin bunun yetərli olmadığını bildirən nazir sahibkarları diqqəti bu sahəyə yönəltməyə çağırıb.
Tikinti işlərini yüksək səviyyədə təşkil etmək üçün müvafiq normativ-hüquqi bazanın mövcud olduğunu xatırladan nazir Kəmaləddin Heydərov 2015-ci il aprelin 1-də qüvvəyə minmiş “Tikintinin təşkili” normativ sənədində bununla bağlı bütün istiqamətlərin öz dolğun əksini tapdığını və inşaatçılardan yalnız buradakı müddəalara riayət edilməsinin tələb olunduğunu diqqətə çatdırıb.
Nazir gələcəkdə iş adamlarının problemlərinin müzakirə olunaraq aradan qaldırılması üçün tikinti şirkətlərinin də nümayəndələrinin iştirakı ilə ictimai şuranın yaradılmasını təklif edib.
Sonda nazir sahibkarları tikinti sahəsindəki fəaliyyətlərini müasir, sürətlə inkişaf edən tələblərə uyğunlaşdırmaq üçün tədbirlər görməyə, təşəbbüskarlıq göstərməyi çağırıb və bu sahədə Fövqəladə Hallar Nazirliyinin öz səlahiyyətləri çərçivəsində onlara yardımçı olacağını bildirib.
Görüşdə sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların suallar ətraflı cavablandırılıb, təklifləri dinlənilib. Sahibkarlar tərəfindən səsləndirilmiş təkliflərin qiymətləndirilməsi və nəzərə alınması barədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəhbərliyinə müvafiq tapşırıqlar, həmçinin tədbirdə iştirak edən digər dövlət qurumlarının nümayəndələrinə tövsiyələr verilib.
Sahibkarlar sərbəst fəaliyyət göstərmələri üçün ölkədə yaradılmış münbit şəraitə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

