/ / Nərimanov rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş tədbir keçirilib
Nərimanov rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş tədbir keçirilib
05.05.2016 [10:00]
Dünən Nərimanov rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında keçirilən tədbirdə II Dünya müharibəsi veteranları, Nərimanov rayon ictimaiyyətinin nümayəndələri, eləcə də gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edərək, Azərbaycanın bugünkü inkişafının möhkəm təməllərinin Ulu öndər tərəfindən qoyulduğunu bildirib: “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi qiymətləndirilən bu dövrdə Ulu öndər tərəfindən görülən böyük işlərin, Onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə edib, ən başlıcası isə, siyasi və iqtisadi müstəqilliyə nail olub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün sürətlə inkişaf edən ölkəmiz dünyada böyük nüfuza sahibdir”.
Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın bu günlərdə cəbhə bölgəsinə səfər etməsinə münasibət bildirən A.Fərzəliyevin fikrincə, bu səfər insanlarda böyük ruh yüksəkliyi yaratdı. Onun sözlərinə görə, bu fakt həmçinin işğalçılara bir mesajdır ki, Azərbaycan torpaqlarımızın işğalı ilə heç zaman barışmayacaq.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-mayor Dadaş Rzayev çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycanda bütün sahələrdə, o cümlədən ordu quruculuğu və veteranlarla bağlı dövlət siyasətinin əsasını qoyduğunu bildirib. O, bu siyasətin ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. D.Rzayev bu gün ölkə gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirildiyindən, Azərbaycanın güclü ordusunun yaradılmasından və bu il aprel ayının əvvəllərində ordumuzun Ermənistan hərbi birləşmələrinin işğalı altında olan ərazilərimizi azad etməyə qadir olduğunu nümayiş etdirməsindən də danışıb.
Çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Ulu öndər Heydər Əliyevin keçdiyi zəngin həyat yolundan, Onun böyük siyasət, dövlət adamı kimi xalqımızın taleyində oynadığı əvəzsiz roldan bəhs edib. Millət vəkili Azərbaycanın bugünkü inkişafının bilavasitə Heydər Əliyevin siyasi xəttinin nəticəsi olduğunu vurğulayıb. Hikmət Babaoğlunun sözlərinə görə, Ulu öndər Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alan, ölkəmizdə ümummilli həmrəyliyi təmin edən, müasir inkişafımızın hüquqi-siyasi və iqtisadi əsaslarını yaradan yeni azərbaycançılıq ideologiyasının banisidir.
Heydər Əliyev siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Hikmət Babaoğlu bildirib ki, Ulu öndərin qurduğu müstəqil Azərbaycan bu gün sürətlə inkişaf edir, dünyada söz sahibidir və tarixi torpaqlarımızı qaytarmaq gücündə olan dövlətdir: “Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Aprelin əvvəlində cəbhədə baş verən hadisələr də bunu təsdiqləyir. Cənab Prezidentin bu günlərdə cəbhə bölgəsinə səfəri Azərbaycan ordusunda yüksək hərbi vətənpərvərlik hissini daha da gücləndirdi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq. Hazırda təmas xəttində üstünlük tamamilə Azərbaycanın tərəfindədir, döyüş mövqelərimiz daha da möhkəmlənib, dövlətimizin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlər özünü doğruldub”.
Çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev deyib ki, müstəqil dövlətimiz məhz Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir: “Ölkəmizin inkişafı məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət nəticəsində baş verir və bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Təbii ki, həmin siyasətdən gənclərimizə də pay düşür. Gənclərimiz isə, öz növbəsində, onlar üçün yaradılan şəraiti düzgün dəyərləndirməli və bu siyasətin yerlərdə icrası işində yaxından iştirak etməlidirlər”.
Tədbirdə həmçinin ehtiyatda olan general-mayor Kamil Məmmədov və II Dünya müharibəsi veteranı İsmayıl Fərəcov çıxış edərək Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Onun gənclərə və veteranlara göstərdiyi diqqət və qayğıdan danışıblar.
Tədbirdə Dadaş Rzayev rəhbərlik etdiyi təşkilat adından Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə “Həzi Aslanov” yubiley medalı, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyevə və ehtiyatda olan general-mayor Kamil Məmmədova “Veteran Həmrəyliyi” medalları təqdim edib.
Sonda YAP sıralarına yeni qoşulmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

