Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında böyük rol oynayır
18.06.2016 [11:15]
İyunun 17-də Quba şəhərində Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda regional forum keçirilib.
AZƏRTAC xəbər verir ki, forumda Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan rayonların (Quba, Qusar, Xaçmaz, Xızı, Şabran, Siyəzən) gənclər və idman idarələrinin əməkdaşları, gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak edib.
Forum iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra istedadlı və yaradıcı gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Bayramova çıxış edərək ölkəmizin hər yerində olduğu kimi, Quba rayonunda da dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, gənclərin məşğulluğunun təmin edilməsi, təhsili, hərtərəfli inkişafı, vətənpərvər ruhda tərbiyəsi istiqamətində ardıcıl iş görülür.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, azərbaycançılıq ideyasından danışıb.
“Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub”, - deyən İntiqam Babayev bildirib ki, iyunun 17-də Bakıda “Formula-1” üzrə Avropa Qran-pri yarışlarına start verilməsi ilə dünyanın diqqəti yenidən Azərbaycana yönəlib. Ölkəmizin yüksək səviyyəli idman yarışlarına ev sahibliyi etməsi artıq ənənə halını alıb.
Sonra forum işini panel müzakirələri ilə davam etdirib. Ekspertlərin iştirakı ilə keçirilən müzakirələrdə “Gənclər arasında vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik ideyalarının təbliği” və “Vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin iştirakı” mövzularında, habelə qarşıda duran mühüm məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Panel müzakirələrə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri, Milli Məclisin deputatı Şahin İsmayılov, Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov və başqa ekspertlər qatılıb.
Regional forumda dövlət gənclər siyasətinin həyata keçirilməsində fəallıq göstərən bir qrup gəncə fəxri fərmanlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

