Bu il Bakı Dövlət Universitetinə 4.798 tələbə qəbul olunub
16.09.2016 [14:00]
Sentyabrın 15-də Bakı Dövlət Universitetində (BDU) Bilik günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov universitetin tarixi, müasir inkişaf mərhələlərindən, Prezident İlham Əliyevin çağırışı ilə iqtisadi potensialın intellekt kapitalına çevrilməsi istiqamətində aparılan islahatlardan bəhs edib.
Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulunun Bakı Dövlət Universitetinin payına düşdüyünü deyən rektor cari ildə BDU-ya 4.798 tələbənin qəbul olduğunu, bunun ötən tədris ilindəkindən 526 nəfər çox olduğunu bildirib. Rektor qeyd edib ki, qəbul imtahanında 600 və daha yüksək bal toplayanlardan 299-u, ümumilikdə isə 500-700 arası bal toplayan 1296 nəfəri Bakı Dövlət Universitetini seçib. Bu il universitetin bakalavriat və magistratura pillələrində yeni ixtisas və ixtisaslaşmalar açıldığını diqqətə çatdıran rektor BDU-nun Qazax filialına səkkiz ixtisas üzrə tələbə qəbulu aparıldığını, həmin ixtisaslardan turizm və otelçilik, ekologiya və biologiya müəllimliyinin yeni olduğunu bildirib.
Jurnalistika fakültəsinin dekanı vəzifəsini icra edən, professor Cahangir Məmmədli tələbələri və onların valideynlərini təbrik edib.
Üçüncü ixtisas qrupu üzrə 700 bal toplayan Elvin İsayev bildirib ki, Bakı Dövlət Universiteti Şərqin ilk dünyəvi ali məktəbi və regionun ən nüfuzlu universitetidir. Eyni zamanda, xalqımızın taleyində mühüm rol oynamış ali təhsil müəssisəsidir.
A.Məhərrəmov universitetə yüksək balla daxil olan gənclərə tələbə vəsiqələri, universitetin tarixini əks etdirən bukletlər təqdim edib.
BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində də Bilik günü keçirilib. Akademik A.Məhərrəmov tədbirdə iştirak edən müəllim və şagirdləri təbrik edib. Rektor builki lisey məzunlarından iki nəfərin qızıl, dörd nəfərin isə gümüş medala layiq görüldüyünü, məzunların əksəriyyətinin nüfuzlu ali məktəblərə qəbul olunduqlarını, bu il liseyin beşinci sinfinə qəbul olunmuş şagirdlərin də etimadı doğruldacaqlarını, universitetə şərəf gətirəcəklərinə ümid etdiyini bildirib.
Liseyin direktoru, professor Qasım Hüseynov yeni dərs ilinin başlanması münasibətilə təbriklərini çatdırıb, bu təhsil ocağının uğurlarından bəhs edib.
Sonda 2016-2017-ci tədris ilinin ilk zəngi səslənib.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

