Mingəçevirdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görüş keçirilib
20.10.2016 [10:08]
Oktyabrın 19-da Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) Mingəçevirdə İcbari Tibbi Sığorta Sisteminin (İTS) tətbiqi ilə əlaqədar şəhər sakinləri ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, tədbiri Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açıb. Bildirib ki, bugünkü görüşü ölkədə icbari tibbi sığortanın tətbiqi kimi qiymətləndirmək olar. Tibbi xidmətlərin keyfiyyətini artıracaq layihənin başlanğıc nöqtəsində dayanmaq Mingəçevir şəhəri üçün qürurvericidir.
İTSDA direktoru Zaur Əliyev qeyd edib ki, İcbari Tibbi Sığorta hökumətin sosial siyasətinin yeni istiqamətidir. Mingəçevir iqtisadi potensialı olan şəhərdir. İqtisadi imkanların yüksəlməsi əhalinin həyat səviyyəsinə, o cümlədən səhiyyə xidmətlərindən istifadəsinə də təsir göstərir. Mingəçevirin icbari tibbi sığortada pilot seçilməsi də şəhərin iqtisadi imkanlarına, Azərbaycan iqtisadiyyatında oynadığı rola bağlıdır.
Agentlik direktoru vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkə vətəndaşlarının daha keyfiyyətli tibbi xidmətlərlə təmin olunması, əhalinin sağlamlığının qorunmasına İcbari Tibbi Sığorta öz töhfəsini verməlidir.
Daha sonra Zaur Əliyev icbari tibbi sığortanın baza zərfi haqqında söhbət açıb. Zərfə təqribən 1800-dən artıq müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Lakin dövlət proqramları tərəfindən dəstəklənən bir sıra xəstəliklərin müalicəsi icbari tibbi sığortanın baza zərfinə daxil edilməyib. Gələcək illərdə həmin xəstəliklər üzrə də təminat vermək nəzərdən keçirilir. Agentlik direktoru qeyd edib ki, icbari tibbi sığortanın pilot rayonlarda tətbiqi başa çatdıqdan sonra mərhələli şəkildə bütün ölkə ərazisində tətbiq olunacaq.
Səhiyyə Nazirliyinin nümayəndəsi Viktor Qasımov qeyd edib ki, Mingəçevirin səhiyyə sistemində islahatlar aparılıb. O bildirib ki, icbari tibbi sığortanın tətbiqi yeni maliyyə mənbələrinin yaradılmasına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və pilotun uğurlu nailiyyətlərinin bütün Azərbaycan ərazisində yayılmasına dəstək verəcək.
Milli Məclisin deputatı Musa Urud vurğulayıb ki, dünyada tətbiq edilən icbari tibbi sığortanın 200 ildən çox yaşı var. İcbari tibbi sığorta səhiyyənin maliyyələşməsinin ən optimal yoludur.
Milli Məclisin deputatı Məlahət İbrahimova qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi sosial islahatların aparılmasını tələb edir. Onun fikrincə, icbari tibbi sığorta həkimlərin daha səylə işləməsinə səbəb olacaq və bu sistem səhiyyənin maliyyə potensialını artırmağa kömək edəcək.
İTSDA-nın şöbə müdirləri İsa Əliyev və Vüqar Qurbanov sualları cavablandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

