Azərbaycan Texniki Universiteti Şimali Qafqaz Federal Universiteti ilə əməkdaşlıq edəcək
04.11.2016 [09:58]
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Rusiya Federasiyasının Şimali Qafqaz Federal Universiteti (ŞQFU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən iki ali məktəb arasında təcrübə mübadiləsi, elmi-metodik konfransların keçirilməsi, müştərək layihələrin reallaşdırılması, texnika və təhsil sahələrində elmi-tədqiqat işlərinin təşkili, müəllim, tələbə, magistr və doktorantların mübadiləsi nəzərdə tutulub.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə, Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları - Rusiya Federasiyasının Stavropol şəhərindəki Şimali Qafqaz Federal Universitetinin (ŞQFU) rektoru Alina Levitskaya və bu ali məktəbin prorektoru Andrey Lixovid AzTU-da olublar.
Görüşdə AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov qonaqlara bu ali məktəb haqqında ətraflı məlumat verib, onları son illər universitetdə yaradılan şəraitlə tanış edib.
Rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə məlumat verən A.Levitskaya bildirib ki, ŞQFU Stavropol Regional Şimali Qafqaz Dövlət Texniki Universiteti ilə Pyatiqorsk Texniki Universitetinin birləşməsi nəticəsində yaradılıb. Hazırda bu ali məktəb çoxlu sayda elmi və innovativ layihənin iştirakçısıdır və mədəniyyətlərarası danışıqlarda mühüm funksiyaları icra edir. Rektor onu da əlavə edib ki, on istiqamət üzrə kadrlar hazırlayan universitetin Azərbaycandan 85 tələbəsi var.
Tədbirdə tələbə və bilik mübadiləsinin səmərəli təşkili üçün əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub, gələcəkdə görüləcək işlərlə bağlı razılıq əldə edilib.
Sonra qonaqlar AzTU-da fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

