/ / Hərbi Prokurorluqda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan konfrans keçirilib
Hərbi Prokurorluqda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan konfrans keçirilib
26.11.2016 [09:37]
Noyabrın 25-də Hərbi Prokurorluqda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müstəqillik dövründə Azərbaycan Prokurorluğunun inkişafı, əldə olunmuş uğurlar və qazanılmış nailiyyətlər” mövzusunda konfrans keçirilib.
Hərbi Prokurorluqdan AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə qurumun inzibati binasında Ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyaraq Ümummilli liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Respublikası baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev tədbiri giriş sözü ilə açaraq, respublikamızın 25 illik müstəqillik tarixinə nəzər salıb. Dövlət müstəqilliyinin son 23 ilində əldə olunmuş uğurların Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, müstəqilliyin qorunub saxlanmasında dahi rəhbərin misilsiz xidmətlərini xüsusi vurğulayan hərbi prokuror ərazi baxımından kiçik dövlət olan Azərbaycanın Ulu öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində böyük uğurları ilə dünyanın diqqət mərkəzinə çevrildiyini bildirib. X.Vəliyev Ulu öndər Heydər Əliyevin fəaliyyətinin, Ümummilli liderin şəxsiyyətinin müasir Azərbaycanın müstəqillik tarixinin ayrılmaz hissəsini təşkil etdiyini diqqətə çatdırıb. Hərbi prokuror xalqımızın Ulu öndərin siyasətinə sadiqliyinin və bu gün həmin yolun ən layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasətə tam dəstək verməsinin, iqtidarla xalqın vəhdətinin formalaşmasının Azərbaycanın nail olduğu və gələcəkdə qazanacağı uğurların təməlini təşkil etdiyini söyləyib. Xalqımızın Heydər Əliyev siyasətinə, bu kursu uğurla və zamanın tələblərinə uyğunlaşdıraraq yüksək bacarıqla davam etdirən Prezident İlham Əliyevə inamının əbədi və dönməz olduğu xüsusi vurğulanıb.
Respublika hərbi prokuroru xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin 1993-cü ilin ikinci yarısından başlayaraq, həyata keçirdiyi müdrik dövlətçilik siyasəti nəticəsində bütün dövlət qurumları ilə yanaşı, Azərbaycan Prokurorluğunun da demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırıldığını, dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrildiyini, onun sədaqəti ilə seçilən kadr korpusunun yaradıldığını, ölkəmizdə reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanlarının müasir məzmunda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun yerini tutduğunu qeyd edib.
Dövlət tərəfindən prokurorluq orqanlarına daim hərtərəfli diqqət və qayğı göstərildiyini vurğulayan X.Vəliyev bu qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi və əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görüldüyünü bildirib. Prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət təsisatı səviyyəsində təkmilləşdirilməsində Prezident İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb. Məhz həmin proqramın icrası nəticəsində Azərbaycan Prokurorluğunun tarixində yeni, hərtərəfli müasirləşmə dövrünün əsasının qoyulduğu, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirildiyi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradıldığı, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldildiyi, habelə yeni nəsil prokurorluq işçilərinin formalaşdırıldığı, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret tədbirlərin həyata keçirildiyi qeyd edilib.
Digər hüquq mühafizə orqanları kimi, Hərbi Prokurorluğun kollektivinin də ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizə, Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində uğurlu nəticələr əldə etdiyi vurğulanıb.
Azərbaycanda ordu quruculuğu məsələlərinə toxunan X.Vəliyev Prezident, Ali Baş Komandan İlham Əliyevin bu məsələni daim diqqət mərkəzində saxlaması nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirildiyini, onun yeni və müasir silahlarla təchiz olunduğunu bildirib. Məhz bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqaz regionunda ən güclü orduya çevrilərək Ali Baş Komandanın əmri ilə torpaqlarımızı düşmən işğalından hər an azad etmək qüdrətinə malik olduğu qeyd edilib.
Sonra Respublika Hərbi Prokurorluğunun əməkdaşları - ədliyyə polkovnik-leytenantı Fərid Şükürov, ədliyyə mayoru Fərid Seyidov və ədliyyə kapitanı Cavid Xəlilov tədbirdə çıxış edərək müstəqillik illərində Azərbaycanda beynəlxalq standartlara uyğun prokurorluq orqanlarının formalaşdırılması, hərbi prokurorluq orqanlarının fəaliyyəti, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Hərbi Prokurorluq tərəfindən görülmüş işlərdən danışıblar.
Tədbirdə iştirak edən Milli Məclisin deputatları Musa Quliyev və İlham Məmmədov, Respublika Veteranlar Şurasının sədr müavini Cəlil Xəlilov Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlərdən söz açıblar.
Konfransa yekun vuran X.Vəliyev əminliklə qeyd edib ki, Respublika Hərbi Prokurorluğu bundan sonra da öz işini göstərilən yüksək etimad səviyyəsində qurmaq üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlətçiliyimizin maraqlarının müdafiəsi işində səylərini əsirgəməyəcək.
Xəbər lenti
Hamısına baxAnalitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58

