İstanbulda Turan Yazqan Türk Dünyası Böyük Ödülünün təqdimat mərasimi keçirilib
06.12.2016 [17:58]
Közhan Yazqan: Turan Yazqan hər zaman Türk dünyasının birlik və bərabərliyi üçün çalışar, bütün ömrünü, həyatını bu məqsədə nail olmağa sərf edərdi
Dekabrın 3-də İstanbulda Türk dünyası sevdalısı Turan Yazqanın vəfatının dördüncü ildönümü və Turan Yazqan Türk Dünyası Böyük Ödülünün təqdimat mərasimi keçirilib. İstanbul Böyükşəhər Bələdiyyəsinin Əli Əmiri Mədəniyyət Mərkəzində baş tutan mərasimdə Qaqauz elinin qurucu prezidenti Stepan Topal, tatarıstanlı yazar və dövlət adamı Rinat Muhammediyev, Qazaxıstandan tanınmış akademik Bolat Mırzaliyev, Macar-Turan Vəqfinin rəhbəri Andras Zsolt Biro, eləcə də Türk dünyasının müxtəlif bölgələrindən olan tanınmış ziyalılar, elm, fikir adamları iştirak ediblər.
Toplantı iştirakçıları əvvəlcə Türk Dünyası Araşdırmaları Vəqfinin qurucu başqanı Turan Yazqanın və bu il noyabr ayının 15-də vaxtsız vəfat edən Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Litseyinin mərhum müdiri Əli Devrimin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Türkiyənin dövlət himni səsləndirilib.
Mərasimi açıq elan edən Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazqan Turan Yazqanın onlar üçün böyük bir əmanət qoyub getdiyini və bu əmanəti qoruyub-saxlamaq üçün sona qədər çalışacaqlarını deyib. "Turan Yazqan hər zaman Türk dünyasının birlik və bərabərliyi üçün çalışar, bütün ömrünü, həyatını bu məqsədə nail olmağa sərf edərdi" deyən Közhan Yazqan əlavə edib ki, Turan Yazqanın ruhu hər zaman onlarladır və hər əldə edilən nailiyyət, uğura görə onun ruhu şad olur, sevinir.
Sonra Turan Yazqan sənədli filmi nümayiş etdirilib. Sənədli filmin ardınca isə Türk Dünyası Araşdırmaları Vəqfinin Gənclik qollarının üzvləri Metehan Kalem və Aybüke Balatürk tərəfindən Turan Yazqana həsr edilmiş şeir parçası səsləndirilib.
Turan Yazqanla birgə fərqli coğrafiyalarda səfərdə olduqlarını, hər dəfə onunla görüşdə, söhbət və müzakirələrdə ondan yeni bir şeylər öyrəndiyini deyən tatarıstanlı yazar Rinat Muhammediyev bu xatirələri "Göz Açtırmayan Boran / Turan" romanında qələmə aldığını bildirib.
Sonra doktor Müzəffər Ürəkli 2016-cı ildə "Turan Yazqan Ödülü"nə layiq görülən şəxsin adını açıqlayıb. Bildirib ki, bu il sözügedən mükafata Qaqauz elinin qurucu prezidenti Stefan Topal layiq görülüb. Stefan Topala mükafatı Turan Yazqanın həyat yoldaşı Gülen Yazqan, Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazqan və mükafatın 2015-ci ildəki qalibi, Macar-Turan Vəqfinin rəhbəri Andras Zsolt Biro təqdim edib. Belə bir ödülə layiq görülməsindən qürur hissi keçirdiyini deyən Stefan Topal 1990-cı illərin əvvəllərinə təsadüf edən Turan Yazqanla tanışlığı, dostluq münasibətləri barədə danışıb.
Mərasimin sonunda təkcə Azərbaycanda deyil, ümumilikdə Türk dünyasında sevilən sənətçi Azərinin bir-birindən maraqlı ifaları dinlənilib.
Proqram başa çatdıqdan sonra tatarıstanlı yazar Rinat Muhammediyevin qələmə aldığı "Göz Açtırmayan Boran / Turan" romanının imzalanma mərasimi keçirilib. Qeyd edək ki, kitabda Turan Yazqanın həyat və yaradıcılığı, onun Türk dünyasının birlik və bərabərliyi istiqamətindəki fəaliyyəti, bu məqsədlə müxtəlif ölkələrdə keçirilən görüşlər və s. barədə ətraflı bilgilər əksini tapıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

