Bilik Fondunda “Puşkin İnstitutu” tərəfdaşlıq şəbəkəsi mərkəzi yaradılıb
20.12.2016 [10:25]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Puşkin İnstitutu” tərəfdaşlıq şəbəkəsi mərkəzi yaradılıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 19-da mərkəzin açılışına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bilik Fondu və Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun nümayəndələri, rus dili müəllimləri iştirak ediblər.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov bildirib ki, bu qurum ilə A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu arasında imzalanmış müqaviləyə əsasən, fond “Puşkin İnstitutu”nun əməkdaşlıq şəbəkəsinə üzv olmaqla institutun federal proqram çərçivəsində həyata keçirdiyi 2016-2020-ci illərdə “Rus dili” layihəsinə qoşulur.
Yaradılan “Puşkin İnstitutu” tərəfdaşlıq şəbəkəsi mərkəzi barədə məlumat verən O.Səmədov qeyd edib ki, bu mərkəz Bilik Fondu ilə institut arasında imzalanmış müqavilə çərçivəsində təşkil olunub. Burada rus dili üzrə kurslar, təlimlər keçiriləcək.
A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun innovasiya fəaliyyəti və distant təhsil formaları üzrə prorektoru Marina İvanovna Bilik Fondunun maarifləndirici layihələrinin əhəmiyyətini vurğulayıb.
Təmsil etdiyi qurumun fəaliyyəti və əməkdaşlıq şəbəkəsi haqqında danışan prorektor bildirib ki, təhsil müəssisəsi distant tədrisin texnoloji imkanlarından faydalanmaqla rus dili müəllimlərinin ixtisasartırma və xarici dil kimi rus dilinin tədrisi sahəsində təkmilləşməsinə imkan yaradır.
Sonra Bilik Fondunda “Puşkin İnstitutu” tərəfdaşlıq şəbəkəsi mərkəzinin fəaliyyətinə dair müqavilə imzalanıb.
Mərkəzin bazasında rus dili müəllimlərinin ixtisasartırma kurslarının, təhsilalanların müxtəlif kateqoriyaları üçün rus dili tədrisi kurslarının təşkili, rus dili üzrə sertifikasiya üçün test imtahanlarının, həmçinin mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu rus dilinin tədrisi, rus dili sahəsində pedaqoji kadrların hazırlanması, rus dilinin xarici dil kimi tədrisi metodikasının işlənməsi sahəsində çoxillik təcrübəyə malikdir. İnstitutun filologiya fakültəsində rusiyalı və xarici tələbələr təhsil alırlar.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

