/ / Qubadlı rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə əlaqədar müşavirə keçirilib
Qubadlı rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə əlaqədar müşavirə keçirilib
28.01.2017 [10:42]
Dünən Qubadlı rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli Fərmanının icrası ilə əlaqədar müşavirə keçirilib. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı, RİH-in nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov ölkə Prezidenti İlham Əliyevin hər zaman sosial məsələlərin həllini xüsusi olaraq diqqət mərkəzində saxladığını bildirib. Dövlətimizin başçısının müvafiq Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsini də aparılan uğurlu sosial siyasətin növbəti töhfəsi kimi dəyərləndirən M.İsaqov imzalanan Fərmanın əsas məqsədinin dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi olduğunu diqqətə çatdırıb.
Bundan başqa, rayon İH başçısı Azərbaycan Respublikası Prezidentinin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 24 yanvar 2017-ci il tarixli Sərəncamı haqqında da danışaraq bildirib ki, Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb. M.İsaqov bu Sərəncamın çox böyük mənəvi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, bu Sərəncam işğal altında olan torpaqlarımızın azad ediləcəyi günün yaxınlaşdığının müjdəçisidir.
Müşavirədə çıxış edən digər natiqlər də dövlət başçısının müvafiq Sərəncam və Fərmanının məcburi köçkünlər tərəfindən böyük sevinclə qarşılandığını, Qubadlı sakinlərinin Prezident İlham Əliyev siyasi kursunun ən fəal müdafiəçiləri olduğunu diqqətə çatdırıblar. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət nəticəsində işğal altında olan torpaqlarımızın yaxın zamanda azad ediləcəyinə inam ifadə edilib.
Müşavirənin sonunda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40

