Azərbaycan cinayətkarlıqla mübarizə sahəsində MDB və Avropa məkanında ön mövqedədir
28.01.2017 [10:45]
Daxili İşlər Nazirliyinin geniş kollegiya iclasında 2016-cı ildə cinayətkarlıqla mübarizənin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Yanvarın 27-də Daxili İşlər Nazirliyində (DİN) 2016-cı ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
DİN-in mətbuat xidmətinin AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən nazir general-polkovnik Ramil Usubov bildirib ki, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquq-mühafizə siyasəti sayəsində daxili işlər orqanlarında da fəaliyyətin təkmilləşdirilməsi, əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, həmçinin asayişin, təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması və digər sahələrdə qarşıda duran vəzifələrin, dövlət plan və proqramlarının icrası tam təmin edilib.
General-polkovnik Ramil Usubov qeyd edib ki, xidməti fəaliyyətin prioritet istiqamətlərindən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan proqram vəzifələrin icrası daim ciddi nəzarətdə saxlanılıb, bu sahədə mühüm vəzifələr ötən ildə də tam və ardıcıllıqla yerinə yetirilib.
Kollegiya iştirakçılarının diqqətinə çatdırılıb ki, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunçuluğun qorunması sahəsində xidməti vəzifələrin icrasına da tələbkarlıq artırılıb.
Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi-demokratik islahatların, böyük infrastruktur layihələrinin və sosial yönümlü proqramların uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Respublikamızda ictimai-siyasi sabitliyin, habelə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu, eyni zamanda, müvafiq Dövlət proqramlarından, Milli Fəaliyyət planlarından irəli gələn vəzifələrin yüksək səviyyədə icra olunduğunu, cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahəsində bir sıra uğurlar qazanıldığını qeyd edib. Xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyəti, yeni informasiya texnologiyalarının tətbiqinin daha geniş şəkildə istifadəsinin vacibliyi diqqətə çatdırılıb.
Məruzə ətrafında çıxış edən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş Cinayət Axtarışı İdarəsinin rəisi Arzu Daşdəmirov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Oqtay Kərimov və başqaları hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün qarşıya qoyulmuş vəzifələrdən, həyata keçiriləcək konkret tədbirlərdən danışıblar.
İclasa yekun vuran daxili işlər naziri 2016-cı ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu da nəzərə çatdırıb, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə və aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəldib, konkret tapşırıq və tövsiyələrini verib.
Nazir yerlərdə münaqişəli ailələrin vaxtında uçota götürülməsini, barələrində zəruri profilaktik tədbirlərin keçirilməsinə nəzarətin, əvvəllər məhkum olunmuş şəxslərlə profilaktikanın, eləcə də yol hərəkətinə nəzarət tədbirlərinin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, xüsusən güclü təsirə malik narkovasitələrin aşkarlanması işinin gücləndirilməsini, həmçinin istintaq və təhqiqat aparatının cinayətkarlığa qarşı mübarizədə aparıcı rolunun, cavabdehliyinin və peşəkarlığının, aidiyyəti baş idarə və idarələr tərəfindən ərazi polis orqanlarına idarəçilik təsirinin artırılmasını tələb edib.
Qeyd olunub ki, 2017-ci ildə qarşıda çox mühüm vəzifələr durur. Cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələrin inkişaf etdirilməsi, xidməti fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqların tam aradan qaldırılması üçün şəxsi heyət daha böyük əzmlə çalışmalı, peşəkarlığını yüksəltməlidir. Bu il Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları və Formula-1 Azərbaycan Qran-prisi kimi beynəlxalq əhəmiyyətli idman yarışları zamanı asayişin mühafizəsi və təhlükəsizlik tədbirlərinin təmini ilə bağlı planlaşdırılmış bütün təşkilati tədbirlər vaxtında, yüksək səviyyədə yerinə yetirilməlidir.
Daxili işlər naziri, ilk növbədə, xalqa xidmət funksiyalarının, müasir texnologiyaların tətbiqinin genişləndirilməsinin, qanunçuluğun daha da möhkəmləndirilməsinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinin, xidmətdə fərqlənənlərin həvəsləndirilməsinin zəruriliyini vurğulayıb.
Kollegiya iştirakçılarının diqqətinə çatdırılıb ki, cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş uğurların inkişaf etdirilməsi, xidməti fəaliyyətdə mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün daxili işlər orqanları daha böyük əzmlə çalışmalı, peşəkarlığını yüksəltməli, həyata keçirilən tədbirlərin effektivliyi artırılmalıdır.
Nazir şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, qarşıya qoyulan tapşırıqlar bundan sonra da tam və layiqincə yerinə yetiriləcək, əməkdaşlar və hərbi qulluqçular sabitliyin və hüquq qaydasının keşiyində hər zaman sayıqlıqla dayanacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

