/ / Samirə Quliyeva: Biz haqq işimizi Xocalı soyqırımını törədən cinayətkarların ədalət məhkəməsində cavab verəcəyi günə qədər davam etdirməliyik
Samirə Quliyeva: Biz haqq işimizi Xocalı soyqırımını törədən cinayətkarların ədalət məhkəməsində cavab verəcəyi günə qədər davam etdirməliyik
24.02.2017 [09:37]
“XX əsrin ən böyük faciəsi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qətliam olan Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı hazırda həm ölkəmizdə, həm də xarici ölkələrdə tədbirlər keçirilir. Bu gün bu faciə haqqında danışmaq çox çətindir. Çünki həmin faciənin qurbanlarının -xüsusi qəddarlıqla, amansızlıqla qətlə yetirilənlərin, bətni yarılaraq körpəsi qətlə yetirilənlərin, övladı göz açmamış vəhşicəsinə öldürülən anaların, tanınmaz vəziyyətə salınan ağsaqqalların, ağbirçəklərin faciəsinin şahidi olmuşuq. İnsanların diri-diri yandırılması, tankların tırtılları ilə əzilməsi qan yaddaşımıza köçüb. Azərbaycan xalqına qarşı zaman-zaman belə qətliamlar törədilib. XX əsrin sonunda, sivil bir dünya düzənində belə tükürpədici qətliamın, insanın qanını donduran soyqırımının baş verməsi ağlasığmazdır”. Bu fikirləri YAP Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Samirə Quliyeva deyib.
S.Quliyeva bildirib ki, 1992-ci il fevralın 26-da baş verən Xocalı faciəsi bəşər tarixinin ən qanlı səhifələrindən biridir. Onun sözlərinə görə, Azərbaycan dövləti, eləcə də cəmiyyətimizin ayrı-ayrı nümayəndələri, diaspor təşkilatlarımız Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli tədbirlər həyata keçirir.
“Xocalı soyqırımına ilk hüquqi-siyasi qiymət Ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Xüsusilə, Heydər Əliyev Fondunun təşəbbüsləri təqdirəlayiqdir. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” kampaniyasının dünyada geniş əks-sədası var. Dünyanın bütün qitələrində bu hərəkat geniş vüsət alıb. Bu kampaniya vasitəsilə beynəlxalq təşkilatlarda, dövlətlərdə keçirilən tədbirə qatılan insanlar Xocalı faciəsi haqqında həqiqətlərlə tanış ola bilirlər. Artıq aparılan təbliğat işləri müsbət nəticələrini verməkdədir. Belə ki, bir sıra dövlətlər və təşkilatlar Xocalı soyqırımını tanıyıblar. Təbii ki, bundan sonra da bu yöndə işlər davam etdiriləcək və məqsədimizə nail olacağıq. Azərbaycan dövləti bu istiqamətdə öz siyasətini davam etdirir. Düşünürəm ki, biz gələcəkdə daha çox ölkələrin bu faciəni soyqırımı kimi tanımasının şahidi olacağıq. Amma bu məsələ ümumxalq işi olduğu üçün hər birimiz, o cümlədən də gənclərimiz daim fəal olmalıdır. Nəzərə alaq ki, bu gün İKT geniş imkanlar yaradır və biz bu imkan vasitəsilə, sosial şəbəkələr vasitəsilə Azərbaycanın həqiqətlərini dünyaya çatdırmalıyıq. Yeni Azərbaycan Partiyasının gəncləri də Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə hər il müxtəlif layihələr həyata keçirir, sosial şəbəkələrdən, internet resurslarından səmərəli şəkildə istifadə edir. Biz bu haqq işimizi Xocalı soyqırımını törədən cinayətkarların ədalət məhkəməsində cavab verəcəyi günə qədər davam etdirməliyik”, - deyə S.Quliyeva vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

