/ / Peşəkar kikboksinqçilər Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş turnirdə rinqə çıxıblar
Peşəkar kikboksinqçilər Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş turnirdə rinqə çıxıblar
13.04.2017 [08:55]
Aprelin 12-də Qusar Olimpiya İdman Kompleksində Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlar arasında turnir keçirilib. Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO), Kikboksinq Federasiyası və “Judo Club 2012” idman klubunun birgə təşkil etdiyi turnirdə ölkəmizin peşəkar kikboksinqçiləri qalib adı uğrunda 7 çəki dərəcəsində yarışıb.
AZƏRTAC xəbər verir ki, turnirin açılış mərasimindən əvvəl Ümummilli lider Heydər Əliyevin Qusar şəhərində ucaldılmış abidəsi və Şəhidlər xiyabanında Milli Qəhrəman Çingiz Qurbanovun məzarı ziyarət olunub.
Açılış mərasimində Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov yarış iştirakçılarını salamlayaraq, onlara uğurlar diləyib.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov regionun lider dövlətinə, bir çox nüfuzlu beynəlxalq tədbirlərin məkanına çevrilən Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını qeyd edib. Bildirilib ki, bu, ölkəmizdə idmana, idmançılara dövlət səviyyəsində göstərilən qayğının nəticəsidir.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev bildirib ki, Milli Qəhrəman Çingiz Qurbanov rəşadəti ilə bugünkü gənclərimizə əsl örnəkdir. Gənc nəsil onun kimi oğullardan nümunə götürməli, Ç.Qurbanovun xatirəsi əbədi yaşadılmalıdır. Peşəkar idmançıların güclərini sınayacağı kikboksinq yarışı da bu amala xidmət edir. Milli Qəhrəman Çingiz Qurbanov da vaxtilə kikboksinq idmanı ilə məşğul olub.
A.Əliyev peşəkarlar arasında bölgədə keçirilən bu yarışın vətənpərvərlik təbliğatı ilə yanaşı, regionda idmana marağın daha da artmasına xidmət edəcəyini deyib.
Federasiya prezidenti Ç.Qurbanovun valideynlərinə vətənpərvər oğul böyütdükləri üçün təşəkkür edib, bütün Azərbaycan xalqının onunla fəxr etdiyini diqqətə çatdırıb.
Açılış mərasimində Milli Qəhrəmanının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra yarışlara start verilib.
İlk döyüşdən əvvəl Milli Qəhrəmanın atası Salman Qurbanova Çingiz Qurbanovun idman ustası vəsiqəsi təqdim olunub. Bir sıra məşqçi və idmançılar, eləcə də Qarabağ döyüşlərinin qaziləri isə fəxri fərman və diplomlarla təltif edilib.
Yeniyetmə kikboksinqçilər Elmir Pirverdi və Hüseyn Hacıyev arasında keçirilən ilk döyüşdə heç-heçə qeydə alınıb.
Daha sonra 57 kiloqram çəkidə Elşad Ələsgərov və Qiyas Şahmərdanov rinqə çıxıb. Rəqibindən üstün olan Elşad qalib adını qazanıb. 64 kiloqramda isə Ruslan Əliyevi məğlub edən Elşən Qəniyev çempion tituluna yiyələnib. Arzuman Qədimovla (67 kq) Turan Qafarov arasındakı gərgin qarşılaşmada isə ikinci daha üstün olub. 71 kiloqram çəkidəki döyüşdə Rəhim Əliyev rəqibi Cavidan Rəcəblini məğlub edib. Alişan Aslanlı (81 kq) isə Gülhüseyn Ağazadə ilə mübarizədə üstün olub. 75 kiloqram çəkidə Altay Atakişiyevlə Emil Mövsümzadə arasındakı görüş də yaddaqalan keçib. E.Mövsümzadə bu qarşılaşmadan vaxtından əvvəl qalib gəlməyi bacarıb. Son döyüşdə isə Bəhram Rəcəbzadə və Sərxan Cabbarov üz-üzə gəlib. 91 kiloqram çəkidə keçirilən döyüşdə B.Rəcabzadə rəqibindən üstün olub.
Turnirin qaliblərinə müvafiq diplom və pul mükafatı təqdim edilib.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olub. Bu il fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə Sərəncam imzalayıb.
Xəbər lenti
Hamısına baxDünya
07 May 17:25
Dünya
07 May 16:49
Dünya
07 May 16:14
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59

