/ / İmran Cümşüdov: Əsas hədəflərdən biri də gələcəkdə bütün əkin sahələrini pivot suvarma sistemləri ilə təmin etməkdir
İmran Cümşüdov: Əsas hədəflərdən biri də gələcəkdə bütün əkin sahələrini pivot suvarma sistemləri ilə təmin etməkdir
21.04.2017 [09:07]
Əkinçilikdə pivot suvarma sistemlərindən istifadə olunması yüksək məhsuldarlığa gətirib çıxarır. Eyni zamanda, bu sistemlər əkin sahəsinin suvarılmasına sərf olunan suya da qənaət etməyə imkan verir.
Prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində ölkəmizdə bu sistemin geniş tətbiq olunmasının vacibliyindən danışarkən deyib: “Pivot sistemləri dünyada ən müasir və ən səmərəli suvarma sistemləridir. Pivot sistemləri məhsuldarlığı bir neçə dəfə artıra bilər. Bu sistemlərdən Azərbaycanda əlbəttə ki, təkcə pambıqçılıqda yox, başqa sahələrdə də istifadə olunur və olunacaq. Bu sistemlər böyük dönüş yaradacaq”.
Dövlətimizin başçısı qeyd edib ki, ölkəmizdə bəzi rayonlarda bu sistemlərdən özəl qurumlar istifadə edirlər. Ancaq əlbəttə ki, onların sayı qaneedici səviyyədə deyil. Ona görə dövlət bu sahəyə öz dəstəyini göstərməyə başlayıb. Nəzərə alsaq ki, kənd təsərrüfatının inkişafı, xüsusilə suvarma, meliorasiya ilə bağlı bundan sonra da böyük planlar olacaq, pivot suvarma sistemləri Azərbaycanda istehsal olunmalıdır.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov AZƏRTAC-a müsahibəsində bildirib ki, iri təsərrüfatlarda bu sistemlərdən istifadə xüsusilə əlverişlidir. Dövlətimizin başçısı aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində də bildirib ki, ölkəmizin müxtəlif bölgələrində sahibkarlıq təsərrüfatlarında dünyanın məşhur şirkətlərinə məxsus müasir kənd təsərrüfatı texnikalarından istifadə edilməkdədir. Mən buna misal olaraq, Ağcabədi və Beyləqan ərazisində yerləşən belə təsərrüfatlardan birini - “Qarabağ taxıl” MMC-ni göstərə bilərəm. Bu təsərrüfatda pivot suvarma sistemlərinin tətbiqi məhsuldarlığı da xeyli artırıb. “Əgər respublikada taxılda orta məhsuldarlıq 30 sentnerdirsə, pivot suvarma sistemi tətbiq olunan təsərrüfatlarda 50-60 sentnerə bərabərdir. Dövlətimizin başçısının pivot sistemlərinin ölkəmizdə istehsalının həyata keçirilməsi ilə bağlı verdiyi göstəriş bu sahədə bir dönüş yaradacaq. Belə ki, bu sistemlər respublikada istehsal olunarsa, əlbəttə onun qiyməti də aşağı olacaq, bu da sahibkarlar üçün əlverişlidir. Gələcəkdə bütün əkin sahələrini pivot suvarma sistemləri ilə təmin etmək qarşımızda duran əsas hədəflərdəndir”, - deyə Bitkiçilik şöbəsinin müdiri qeyd edib.
Eyni zamanda, pestisid zavodunun inşası da əkinçiliyin inkişafına yeni bir təkan olacaq. Belə bir zavodun inşası çox vacibdir. Bu, həm də məhsulun maya dəyərinə öz təsirini göstərəcək. İmran Cümşüdov bildirib ki, Sumqayıtda inşa olunan Karbamid zavodu 2018-ci ildə fəaliyyətə başlayacaq. Zavod ölkənin karbonat və azot gübrəsinə olan tələbatını ödəyəcək, həm də digər ölkələrə ixrac potensialı yaranacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

