Azərbaycan-Latviya hüquqi əlaqələri genişlənir
26.04.2017 [09:20]
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində genişmiqyaslı islahatların həyata keçirildiyi və nəticələrin əldə olunduğu nəzərə alınaraq, Latviya Respublikası Ədliyyə Nazirliyinin dövlət katibi Rayvis Kronberqsin başçılıq etdiyi nümayəndə heyəti hüquqi əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə ölkəmizə səfərə gəlib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar aprelin 25-də əvvəlcə Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq məzarı üzərinə tər çiçəklər düzülüb.
Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Sonra ədliyyə naziri Fikrət Məmmədovun Latviyanın ədliyyə üzrə dövlət katibi R.Kronberqs ilə görüşü keçirilib. Görüşdə Azərbaycan ilə Latviya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, bu əlaqələrin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolu vurğulanıb, ədliyyə və məhkəmə sistemində həyata keçirilən islahatlar barədə faydalı fikir mübadiləsi aparılıb, hüquqi əlaqələrin genişləndirilməsinə maraq göstərilərək nazirliklər arasında əməkdaşlığa dair sənədin imzalanması barədə razılıq əldə olunub. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətləri diqqətə çatdırılıb.
R.Kronberqs səfər zamanı ölkəmizin hərtərəfli inkişafının şahidi olduğunu vurğulayıb, məhkəmə-hüquq sistemindəki yenilikləri maraqla qarşılayıb.
Latviyalı qonaqların, həmçinin ədliyyə nazirinin müavini Toğrul Musayev və nazirliyin aidiyyəti struktur qurumlarının rəhbərləri ilə keçirilmiş geniş tərkibdə görüşündə ədliyyə sistemi, nazirliyin müxtəlif fəaliyyət istiqamətləri ilə bağlı ətraflı müzakirələr aparılıb, qarşılıqlı fəaliyyətin genişləndirilməsinin və təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.
Tədbirdə Latviyanın ölkəmizdəki səfiri Yuris Maklakovs iştirak edib.
Həmin gün Latviya nümayəndə heyətinin Ali Məhkəmədə, Məhkəmə-Hüquq Şurasında, Hakimlərin Seçki Komitəsində və Ədliyyə Akademiyasında görüşləri keçirilib. Eyni zamanda, qonaqlar ölkəmizdə məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən tədbirlərə maraq göstərərək Bakının Yasamal rayon məhkəməsinin müasir binası və elektron məhkəmə sisteminin tətbiqi ilə tanış olublar.
Səfər çərçivəsində latviyalı qonaqların, həmçinin bölgələrdə inşa olunmuş yeni məhkəmə bina və kompleksləri, yerli və regional ədliyyə qurumlarının, müasir penitensiar müəssisələrin fəaliyyəti, habelə Azərbaycan brendi olan və ədliyyənin də müxtəlif xidmətlər göstərdiyi “ASAN xidmət” mərkəzləri, eləcə də respublikamızın tarixi və mədəni abidələri, o cümlədən Heydər Əliyev Mərkəzi ilə tanışlığı nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

