Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Vergilər” mövzusunda tələbə və magistrantlar arasında 11-ci olimpiadaya yekun vurulub

“Vergilər” mövzusunda tələbə və magistrantlar arasında 11-ci olimpiadaya yekun vurulub

06.05.2017 [12:03]

Mayın 5-də Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində ölkəmizin 17 ali məktəbinin 300-dən artıq tələbə və magistrantının iştirak etdiyi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda 11-ci olimpiadanın yekun mərhələsi keçirilib. Vergilər nazirinin müşaviri, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov olimpiadanın tələbə və magistrantların vergi sahəsində biliklərinin formalaşmasına böyük fayda verdiyini qeyd edib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, olimpiadanın yekun mərhələsinin iştirakçıları Tədris Mərkəzi tərəfindən hazırlanmış xüsusi test bazası əsasında vergilər sahəsində öz biliklərini yoxlayıblar. Onlayn rejimdə keçirilən olimpiadanın nəticələri münsiflər heyətinin iştirakı və nəzarəti altında xüsusi kompüter proqramları vasitəsilə müəyyən edilib.
Test başa çatdıqdan sonra qonaqlar Tədris Mərkəzi və orada yerləşən Vergi Muzeyi ilə tanış olub, dərs prosesinin gedişatını izləyiblər.
Olimpiadanın nəticələrinə yekun vuran Ə.Məmmədov bildirib ki, ənənəvi olaraq hər il keçirilən olimpiadanın təşkilində əsas məqsəd ali təhsil müəssisələrində təhsil alan tələbələrin vergi sahəsində biliklərinin artırılması, bilik səviyyəsi yüksək olan tələbələrin müəyyən edilməsi, gələcəkdə vergi sahəsi üzrə mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir. Qeyd olunub ki, Ulu öndərin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda olimpiadanın ilkin seçmə mərhələsi cari il aprel ayının 16-da Bakı şəhərinin ali məktəblərinin və Sumqayıt Dövlət Universitetinin tələbələri üçün Azərbaycan Dövlət İqtisad və Azərbaycan universitetlərində, Naxçıvan Muxtar Respublikası üzrə Naxçıvan Dövlət Universitetində, digər şəhərlər üzrə Mingəçevir Dövlət Universiteti və Gəncə Dövlət Universitetində, 17 aprel tarixində isə Lənkəran Dövlət Universitetində keçirilib. Bu mərhələdə Bakı və Sumqayıt şəhərləri üzrə 193, Naxçıvan Muxtar Respublikasının ali məktəbləri üzrə 22, Lənkəran Dövlət Universitetindən 37, Gəncə Dövlət Universitetindən 32, Mingəçevir Dövlət Universitetindən isə 37 tələbə olmaqla, ümumilikdə 321 tələbə iştirak edib. Olimpiadanın ilkin mərhələsindən uğurla keçmiş 61 nəfər bakalavr və magistr yekun mərhələdə iştirak etmək hüququ qazanıblar.
Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəhbəri Əli Həsənov bütün iştirakçılara minnətdarlıqlarını bildirib, ən yüksək nəticə göstərmiş tələbə və magistrantların, həmçinin onların müəllimlərinin adlarını elan edərək, qalibləri təbrik edib.
Beləliklə, tələbələr arasında Zeynalabdin Cəfərov (Naxçıvan Dövlət Universiteti) I, Muxtar Cəbrayılov (Azərbaycan Universiteti) II, Pərvin Musayev isə (Sumqayıt Dövlət Universiteti) III yeri tutub. Magistrantlar arasında isə Qənbər Məmmədli (Naxçıvan Dövlət Universiteti) I, Süleymanova Əmmənsə (Naxçıvan Dövlət Universiteti) II və Aqil Vəliyev (Naxçıvan Dövlət Universiteti) III yeri tutub.

Paylaş:
Baxılıb: 544 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31