Heydər Əliyev Fondu uşaqlar üçün növbəti şənlik təşkil edib
02.06.2017 [09:54]
Heydər Əliyev Fondu uşaqlar üçün növbəti şənlik təşkil edib.
AZƏRTAC xəbər verir ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Bakıdakı 1 saylı uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən istirahət düşərgəsində keçirilən şənlik həm də bu uşaq evinin sakinlərinin yay düşərgəsinə köçməsi və mövsümün açılışı ilə əlamətdar olub.
Uşaq evinin sakinləri bu məkanda yay mövsümünün ovqatını duydular, müxtəlif mahnılar, rəqslər ifa etdilər, məharətlərini göstəriblər. Leyla Əliyeva şən musiqi nömrələrinin sədaları altında uşaqlarla birgə rəqs edib. Bir-birindən maraqlı musiqi nömrələrinin ifa olunduğu tədbirin yaddaqalan məqamlarından biri də hamının birgə yallı getməsi olub.
Çay süfrəsi arxasında davam edən tədbirdə Leyla Əliyeva uşaqlarla söhbət edib, onların bu şənliklə bağlı fikirləri ilə maraqlandı, xatirə şəkli çəkdirib.
Bir saylı uşaq evinin 120 sakini var. Burada 3 yaşdan 18 yaşadək uşaqlar yaşayır, təhsil və tərbiyə alırlar. Bu düşərgə Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə inşa olunub, 2013-cü ildə əsaslı təmir edilib, həyətyanı sahə abadlaşdırılıb. Burada yeni, müasir stadion inşa olunub, hovuz yenidən qurulub, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl şərait yaradılıb. Düşərgənin dəniz yaxınlığında yerləşməsi isə uşaqların yay aylarında istirahətini çimərlikdə keçirməsinə də imkan verir.
Uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin uğurla reallaşdırılmasına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli dəstək verir. Ulu öndərin adını daşıyan Fond yarandığı ilk gündən valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə edilən uşaqların taleyini diqqət mərkəzində saxlayır. Paytaxtımızın Nizami rayonundakı 1 nömrəli uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki düşərgəsinin fəaliyyəti də Fondun uşaqlarla bağlı reallaşdırdığı layihələr silsiləsinə daxildir.
Şənliyin sonunda uşaqlara və yay düşərgəsinə hədiyyələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44

