CASCFEN Saatlı müəllimləri üçün seminar keçirib
03.07.2017 [17:34]
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) "Təhsil işçilərinin media ilə əlaqələrinin optimallaşdırılması" layihəsi çərçivəsində Saatlıdakı 1 saylı məktəbdə seminar keçirib. Seminarın açılışında çıxış edən CASCFEN sədri Azər Həsrət verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkür edib. O, eyni zamanda, Saatlı rayon İcra Hakimiyyətinə və məktəbin kollektivinə təşəkkürünü ifadə edib.
Sonra layihə haqqında bilgi verən CASCFEN sədri bildirib ki, Azərbaycanda bir sıra şəxslər mediadan sui-istifadə edir, əsasən də məktəb kollektivlərinə narahatlıq yaradır. Belə olan halda məktəb kollektivləri, onların rəhbərləri media ilə əlaqələrin necə qurulacağını yetərincə bilmirlər. Bu isə ona səbəb olur ki, jurnalistikadan sui-istifadə edənlər müəllimləri qorxu altında saxlayırlar.
"Bizim layihəmizin məqsədi odur ki, siz müəllimlər media ilə əlaqələrin necə qurulmasını mənimsəyə biləsiniz. Belə olacağı təqdirdə heç bir "jurnalist" sizi incidə bilməz", – deyə Azər Həsrət bildirib.
Daha sonra çıxış edən ekspert Sevda Əsgərova iştirakçılara media ilə bağlı qanunvericiliyin bəzi müddəalarını izah edib. Ekspert qeyd edib ki, təhsil işçiləri media qanunvericiliyini yetərincə mənimsəyərsə, jurnalistikadan sui-istifadə edən şəxslər onlara problem yarada bilməzlər: "Biz çalışırıq ki, daha çox təhsil işçisi media ilə münasibətlərin qurulmasında qanunların verdiyi imkanlardan xəbərdar olsun. Belə olan halda heç bir "jurnalist" sizin üçün narahatlıq yarada bilməyəcək".
Tədbirdə çıxış edən CASCFEN sədrinin müavini, "Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru Nadir Azəri də öz növbəsində qeyd edib ki, Azərbaycan mediasının heç bir normal kəsimi təhsil işçilərini şantaj etmir, onların işinə mane olmur.
Müəllimlərin fəallığı ilə müşayiət edilən tədbirdə bir sıra suallara cavab verilib. İştirakçılar seminardan onlara faydalı ola biləcək xeyli material əldə etdiklərini deyiblər.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06

