ADU-nun rektoru Kamal Abdulla KİV təmsilçiləri ilə görüşüb
22.07.2017 [09:57]
İyulun 21-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Kamal Abdulla 22 iyul-Milli Mətbuat Günü ilə əlaqədar bəzikütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.
Jurnalistikanın cəmiyyətin güzgüsü olduğunu deyən K.Abdulla bu sahənin ölkəmizin inkişafı üçün əhəmiyyətindən söz açıb. Rektor Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli binada jurnalistlərə mənzillərin verilməsini dövlət tərəfindən jurnalistlərə göstərilən diqqətin təzahürü kimi qiymətləndirib.
Universitet barədə danışan K.Abdulla ADU-da Filologiya və jurnalistika fakültəsinin olduğunu bildirib. Rektor deyib ki, universitet öz spesifikası və potensialından istifadə edərək beynəlxalq jurnalistika istiqamətində fəaliyyətini genişləndirmək istəyir: “Bu gün ölkəmizdə saytların və jurnalistlərin əksəriyyəti Azərbaycandillidir. Çox az jurnalist ingilis və rus dilli təmayüllüdür. Bu balansı düzəltmək üçün kifayət qədər güclü potensialımız var. Biz jurnalistika fakültəsi olan digər universitetlərdən fərqli olaraq tələbələrimizə bu istiqamətdə təhsil bazası verə bilərik və onların gələcəkdə peşəkar kadr kimi yetişməsinə nail ola bilərik”.
K.Abdulla bildirib ki, jurnalistika ixtisası üzrə kadrların yetişməsi üçün redaksiyalarda tələbələrlə görüşlər keçirilməldir: “Bu, qəzet və jurnalların, saytların da redaksiyalarında ola bilər. Tələbələrin əlaqə qurmaq və təcrübələrini artırmaq üçün yerləri olmalıdır. Biz bunun üçün bəzi peşəkar redaksiyalarla müqavilə imzalaya bilərik. Jurnalistika istiqamətində çalışan insanlarla universitetin tələbələri sıx işləməlidir”.
K.Abdulla KİV təmsilçilərinə universitetdə fəaliyyət göstərən müxtəlif mərkəzlər haqqında da danışıb. O bildirib ki, ADU-ya gələn xarici ölkə səfirlərinə onların ölkələrində Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılması barədə təkliflər verilir. Bu mərkəzlərin əhəmiyyətindən danışan akademik görüləcək işlərin Azərbaycan dili, tarixi və mədəniyyətinin təbiliği baxımından mühüm rol oynayacağını xüsusi vurğulayıb.
Tədbirdə iştirak edən KİV təmsilçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin jurnalistlərə xüsusi diqqət və qayğısından söz açaraq, Milli Mətbuat günü öncəsi jurnalistlərə mənzil hədiyyə edilməsini bunun parlaq təzahürü kimi qiymətləndirdiklərini bildiriblər. Qeyd edilib ki, bir sıra sahələrdə müxtəlif ölkələrə örnək olan Azərbaycan jurnalistlərə diqqət və qayğı məsələsində də fərqlənib, dövlətimiz media əməkdaşlarının mənzil problemini həll etməklə xüsusi nümunə göstərib. Prezident İlham Əliyevin “Jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir” fikrinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edən jurnalistlər medianın gücünün, mövqeyinin qorunması, daha da güclənməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəklərini bildiriblər.
Görüş jurnalistlərin mükafatlandırılması ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54

