/ / Bakı Bəyannaməsi: İki ildə bir dəfə Bakı formatında beynəlxalq elmi-praktiki konfrans keçirilsin
Bakı Bəyannaməsi: İki ildə bir dəfə Bakı formatında beynəlxalq elmi-praktiki konfrans keçirilsin
26.07.2017 [09:04]
İyulun 14-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, UNEC, Clarivate Analytics (Thomson Reuters), Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda təhsil naziri Mikayıl Cabbarov, UNEC rektoru, professor Ədalət Muradov, Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov, İnkişaf etməkdə olan ölkələr üzrə qlobal direktor Viji Krişnan, Beynəlxalq Elm və Texnika İnformasiya Mərkəzinin direktoru Yevqeniy Uqrinoviçlə yanaşı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatı laureatı Aziz Sancar da çıxış edib. Konfransın yekununa dair Bakı Bəyannaməsi qəbul edilib.
“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransa ictimaiyyətin marağını nəzərə alaraq, Bakı Bəyannaməsini təqdim edirik:
“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modelləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransın dünyanın ondan çox ölkəsinin 40-dan yuxarı universitet və elmi təşkilatını təmsil edən iştirakçıları,
universitetlərdə elmi fəaliyyətin inkişafına sadiqliyi təsdiq edərək,
universitetlər arasında beynəlxalq elmi əlaqələrin möhkəmləndirilməsi məqsədlərini hədəf qoyaraq,
müxtəlif ölkələrin universitet çevrələri və profilli beynəlxalq təşkilatlar arasında dialoq və əməkdaşlığın inkişafına səy göstərərək,
milli iqtisadiyyatların və bütövlükdə dünyanın innovasiyalı inkişafı üçün universitet elminin rolunun mühümlüyünü qəbul edərək,
aşağıdakıları bəyan edirlər:
1. Universitetlərdə elmi fəaliyyətin səmərəli idarəedilməsi dayanıqlı inkişaf naminə məhsuldar elmi yaradıcılığın və yüksəkdərəcəli tədris fəaliyyətinin ən mühüm şərtidir.
2. Məhsuldar elmi fəaliyyət üçün universitetlər bütün zəruri normativ-hüquqi, maddi, idarəçilik və digər resurslara sahib olmalı, həmçinin milli hökumətlərin dəstəyindən yararlanmalıdırlar.
3. Universitetlərdə elmi fəaliyyətin idarə olunmasının dünya təcrübəsi öyrənilə və ən yaxşı dünya praktikaları isə müasir universitet menecmentinə inteqrasiya oluna bilər.
4. Universitetin elmi fəaliyyəti öz mütərəqqi inkişafı üçün elmi-texniki informasiya və nailiyyətlərin mübadiləsi üzrə geniş beynəlxalq platformanın işlənməsini tələb edir.
5. Dünya səviyyəli tədqiqat universitetlərinə (“research universities”) çevrilmək üçün kifayət qədər potensiala malik aparıcı universitetlər qrupunun milli səviyyədə ayırd edilməsinə və elmi fəaliyyəti stimullaşdırmaq üçün onlara effektiv dövlət dəstəyinin göstərilməsinə ehtiyac vardır. Universitetlərin elmi-tədqiqat fəaliyyətinin koordinasiya edilməsi məqsədilə milli səviyyədə universitetlərin elmi fəaliyyətinin idarə olunması üzrə Şuranın yaradılması zəruridir.
6. Elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılmasına xüsusi diqqət ayrılmalıdır. Qrant maliyyələşdirməsi də daxil olmaqla, kommersiyalaşdırmanın dəstəklənməsi və stimullaşdırılması tədbirləri işlənib hazırlanmalıdır. Əqli mülkiyyət hüquqlarının əldə olunması və onlara sərəncam verilməsi sahəsində, eləcə də startap-şirkətlərin, texnoparkların və innovasiya araşdırmalarının maksimum tez və effektiv şəkildə tətbiq olunmasına şərait yaradan müxtəlif mülkiyyət formalı və digər müəssisələrin yaradılması sahəsində universitetlərin hüquqlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi zəruridir. Elmi araşdırmaların praktik nəticə əldə olunmasına yönəlməsi tədris prosesinin ayrılmaz hissəsi olmalıdır. Elmi tədqiqatların kommersiyalaşdırılması üzrə göstəricilərin universitetlərin fəaliyyətinin səmərəliliyinin ümumi qiymətləndirilməsinə daxil edilməsi vacibdir.
7. Elmi fəaliyyətin elmmetrik qiymətləndirilməsinin məsuliyyətli və tarazlı sisteminin, xüsusən də beynəlxalq səviyyədə tanınmış elmi jurnallarda yazılarla ifadə olunmuş yüksək elmi məhuldarlığa nail olunması və elmi fəaliyyətin nəticələrinin patentləşdirilməsi üçün effektiv maddi və təkilati stimulların yaradılması. Dissertasiya işlərinin qiymətləndirilməsi, elmi dərəcə və adların verilməsi zamanı beynəlxalq dərc olunma fəallığı meyarından istifadə edilməsi.
8. Elmi fəaliyyətin yüksək etik norma və qaydalarının hərtərəfli dəstəklənməsi. “Yırtıcı” adlandırılan elmi jurnallarda yazılar da daxil olmaqla elmi fəaliyyətin müxtəlif imitasiya formaları ilə mübarizə üzrə dövlət siyasətinin işlənib hazırlanmasına yardım edilməsi. Məsuliyyətli dərcetmə siyasəti üçün etik norma və standartların işlənib hazırlanması.
9. Milli və beynəlxalq elmmetrik cəmiyyətlərin yaradılmasını təşviq etmək, təhsil tədbirləri, konfranslar və ictimai forumlar keçirmək yolu ilə müasir elmmetriyanın inkişafına dəstək vermək. Elmmetriya sahəsində milli və beynəlxalq dövri orqanların yaradılmasına yardım etmək.
10. “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modelləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransın Bakı formatı uğurlu hesab edilsin;
11. İki ildə bir dəfə Bakı formatında beynəlxalq elmi-praktiki konfrans keçirilsin. Bu məqsədlə 7 nəfərdən (UNEC rektorunun rəhbərliyi ilə UNEC, Clarivate Analytics, Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin hər birindən 2 nümayəndə olmaqla) ibarət daimi işçi qrup yaradılsın.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06

