Ermənilər cəbhəboyu kəndlərin dinc sakinlərini atəşə tutur - Tovuzun Qaralar kəndindən REPORTAJ
01.08.2017 [09:28]
Yolumuz Tovuzun Qaralar kəndinədir. Cəbhə xəttinin yaxınlığında yerləşən bu kənd daim ermənilərin hədəfinə tuş gəlir. Sonuncu belə təxribat iyulun 29-u gecə saatlarından iyulun 30-u günorta saatlarınadək davam edib.
Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 30-a keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan açdığı intensiv atəşə məruz qalıb. Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.
AZƏRTAC-ın müxbiri Ermənistanın Berd rayonu ərazisindən atəşə tutulan Tovuzun Qaralar kəndinə gedib, sakinlərlə görüşüb, erməni təxribatı ilə bağlı məlumatları bilavasitə onlardan alıb.
Rayon İcra Hakimiyyəti başçısının Qaralar inzibati dairəsi üzrə nümayəndəsi Ramiz Süleymanov AZƏRTAC-ın müxbirinə deyib: “Qaralar kəndi rayon mərkəzindən 70 kilometr aralıda, Ermənistanla sərhəddə yerləşir. Hazırda kənddə 300-ə yaxın sakin yaşayır. Onlar əsasən əkinçilik və maldarlıqla məşğul olurlar. Kəndin rayon mərkəzindən 70 kilometr aralıda yerləşməsinə baxmayaraq, əhali təbii qaz, elektrik enerjisi və içməli su ilə normal təmin olunub. Yol infrastrukturu yenidən qurulub. Sakinlərin yeganə problemi ermənilərin atəşkəs rejimini tez-tez pozaraq kəndi atəşə tutmasıdır. Bu, xüsusən təsərrüfat işləri zamanı ciddi çətinliklər törədir”.
Son təxribat zamanı kəndin iriçaplı silahlardan atəşə tutulması nəticəsində evlərə, təsərrüfatlara, mülki obyektlərə ziyan dəyib. Kənd yolu ilə gedərkən icra nümayəndəsi evlərdəki, hasarlardakı mərmi izlərini göstərirdi.
Səksən yaşlı Bəyaz nənə bizə yaxınlaşaraq dedi ki, oğlu Manaf Hüseynov Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Özü isə bir neçə il bundan əvvəl mənfur qonşularımızın açdığı atəş nəticəsində ayağından yaralanıb: “Ermənilər iyulun 29-u gecədən kəndimizi yenidən atəşə tutmağa başladılar. Atışma günortayadək davam etdi. Ordumuz onlara layiqli cavab verdi. Ermənilər elə bilirlər ki, biz top-tüfəngdən qorxub qaçacağıq. Düşmənin bu niyyəti baş tutmayacaq. Biz Prezident, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan əsgərinə güvənib doğma torpağımızda yaşayırıq və yaşayacağıq”.
Kənd bələdiyyəsinin sədri Binnət Zeynalov söhbətə qoşularaq məlumat verdi ki, sakinlərin bir çoxunun əkin sahələri düşmənin atəş nöqtəsinin yaxınlığında yerləşir. Kəndin tez-tez atəşə tutulması əkin-biçin işlərində problemlər yaradır.
Kənd sakinləri Sabir Yusifov və Füzuli Hüseynov da mənfur qonşularımızın törətdikləri təxribatlardan qorxmadıqlarını bildirdilər. Qeyd etdilər ki, Azərbaycan Ordusu düşmənin cavabını hər zaman lazımınca verir.
Mənfur qonşularımızın dinc əhalini mütəmadi atəşə tutmasına baxmayaraq, Qaralar kəndində həyat öz axarı ilə davam edir. Kimisi kartof sulayır, kimisi də mal-qarasını otarır. Azərbaycan əsgərinə arxalanan kənd sakinləri gündəlik təsərrüfat işi ilə məşğuldur. Kənddə gördüklərimiz bir daha əminlik yaratdı ki, düşmən bu təxribatlarla heç vaxt öz məkrli niyyətinə çata bilməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

