/ / Jurnalistlər Prezidentə minnətdarlıq edirlər: Siz mediaya dövlət dəstəyi siyasətini ən yüksək zirvəyə çatdırmısınız
Jurnalistlər Prezidentə minnətdarlıq edirlər: Siz mediaya dövlət dəstəyi siyasətini ən yüksək zirvəyə çatdırmısınız
01.08.2017 [10:02]
Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün tikilən ikinci yaşayış binasının istifadəyə verilməsi böyük razılıq və sevinc hissləri doğurub. Prezident İlham Əliyevin ünvanına jurnalist kollektivlərindən, yeni binada mənzillə təmin olunan KİV işçilərindən təşəkkür məktubları gəlməkdə davam edir.
AZƏRTAC Prezidentin rəsmi saytına istinadla xəbər verir ki, məktub müəllifləri bu dəyərli hədiyyəyə görə minnətdarlıqlarını bildirir, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımları, mətbuata dövlət dəstəyini yüksək qiymətləndirirlər.
Yeni binada mənzil sahibi olan media nümayəndələri arasında “Xəzər” Televiziyasının da altı əməkdaşı var. “Xəzər TV” MMC-nin prezidenti Şamxal Həsənli bununla bağlı Prezidentə ünvanlandığı minnətdarlıq məktubunda yazır: “Möhtərəm Prezident, Siz bu nəcib addımınızla, jurnalistlər üçün tikilmiş birinci binanı da nəzərə alsaq, təxminən 400 media işçisini ev sahibi etdiniz. Bununla kiyafətlənməyərək, 255 mənzilli daha bir binanın da təməlini atdınız. Məhz Sizin təşəbbüsünüz və xoş məramınız sayəsində boş bir ərazi artıq “Jurnalistlər şəhərciyi”nə çevrilir. Siz dünyada bənzəri olmayan bu layihə ilə yüzlərlə jurnalistə və onların ailələrinə böyük sevinc bəxş etdiniz”.
Məktubda “Xəzər” Televiziyasının çoxsaylı kollektivi adından dövlətimizin başçısına minnətdarlıq duyğuları ifadə olunur. Qeyd edilir ki, telekanalın yaradıcı heyəti milli maraqların və dövlətçilik maraqlarının qorunmasında bundan sonra da səylərini əsirgəməyəcək.
Prezidentə minnətdarlıq məktubu ünvanlayan jurnalist kollektivləri arasında “İki sahil” qəzeti də var. Qəzetin baş redaktoru Vüqar Rəhimzadə dövlətimizin başçısını “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi münasibətilə təbrik edir, Azərbaycanın daha firavan gələcəyi naminə fəaliyyətində yeni və möhtəşəm nailiyyətlər arzulayır. Məktubda deyilir: “Siz jurnalistlərin dostu və himayədarısınız. Biz jurnalistlər bu diqqət və qayğını gündəlik həyatımızda, yaradıcılıq fəaliyyətimizdə daim hiss edirik. Təbii ki, bu xoş ənənənin əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və hazırda Sizin tərəfinizdən uğurla davam etdirilir, zənginləşdirilir. Sizin Sərəncamınızla jurnalistlər üçün tikilən növbəti yaşayış binasında 255 həmkarımızın mənzillə təmin edilməsinin doğurduğu sevinc hissləri ömür boyu unudulmayacaq”.
V.Rəhimzadə məktubunda daha sonra Prezidentin jurnalistləri fəxri adlarla təltif etməsini, KİV-in inkişafına göstərdiyi dəstəyi vurğulayaraq yazır ki, 26 illik fəaliyyətində dövlətçilik və milli maraqları rəhbər tutan “İki sahil” qəzeti bundan sonra da bu müqəddəs amallara sadiq qalacaq, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın daha parlaq gələcəyinə hesablanmış çoxşaxəli siyasətə öz töhfəsini verməyə çalışacaq.
Daha bir məktuba nəzər salaq: “Əməyimi yüksək dəyərləndirdiyinizə - jurnalistlər üçün tikilmiş binada mənə mənzil verdiyinizə görə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Mən bunu 70 illik yubileyimə çox qiymətli hədiyyə hesab edirəm”.
Bu sətirlər Fərid Xayrulinin məktubundan götürülüb. Veteran jurnalist ona həyatının ən böyük sevincini yaşatdığına görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirir.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ənənəyə çevrilmiş mediaya dövlət dəstəyi siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün ən yüksək zirvəsinə çatdığını vurğulayan “Kaspi” qəzetinin baş redaktoru İlham Quluyev yazır: “Son illər dünyada yaşanan qlobal iqtisadi böhran, neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycan dövləti heç bir sosial layihəni, o cümlədən mediaya dövlət dəstəyini dayandırmayıb, əksinə, daha da artırıb. Milli Mətbuat Günü dövlət səviyyəsində qeyd olunur, redaksiyalara yardımlar ayrılır, yüzlərlə jurnalist dövlət mükafatları və fəxri adlarla təltif edilir”.
Məktubda qeyd olunur ki, bu il daha 255 jurnalistin mənzillə təmin edilməsi onlara həyatlarının ən xoşbəxt günlərini yaşadıb. Bu jurnalistlərin arasında “Kaspi” qəzetinin də üç əməkdaşı var. Qəzetin baş redaktoru bu dəyərli hədiyyəyə görə Prezidentə kollektivin dərin minnətdarlığını çatdırır.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06

