İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssislərinin Estoniyaya səfəri başa çatıb
14.08.2017 [10:23]
Avropa İttifaqının “SOCIEUX+” proqramı çərçivəsində və Estoniyanın Sosial İşlər Nazirliyinin dəvəti ilə avqustun 7-11-də Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri icbari tibbi sığortanın tətbiqi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Estoniya Respublikasının Tallinn şəhərində səfərdə olublar.
Bu barədə AZƏRTAC-a agentlikdən bildirilib.
“Avropanın qabaqcıl təcrübəsindən istifadə edilməklə səhiyyənin maliyyələşdirilməsi islahatlarının həyata keçirilməsində və icbari tibbi sığortanın tətbiqində Azərbaycan hökumətinə dəstək” əməkdaşlıq layihəsinə əsasən, Agentliyin direktorunun müavini Nigar Bayramovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Estoniyanın tibbi sığorta sisteminin müvafiq qurum və təşkilatları, eləcə də bu sahədəki səlahiyyətli dövlət qurumları ilə bir sıra görüşləri baş tutub.
Direktorun müavini Azərbaycanda icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər haqda iştirakçılara məlumat verib.
Estoniyanın Sosial İşlər Nazirliyində, Tibbi Sığorta Fondunda keçirilən görüşlərdə Estoniyada səhiyyənin maliyyələşməsi sistemləri ilə bağlı əhəmiyyət kəsb edən məsələlər, tibbi sığorta sisteminin təşkili, tətbiqi və inkişafı, tibb mütəxəssislərinin akkreditasiyası və tibb təchizatçılarının maliyyələşmə mexanizmlərinin müasir formaları, tibb müəssisələrinin lisenziya əldə etmək qaydaları, o cümlədən tibbi xidmətlərin planlaşdırılması, dərman vasitələri ilə təchizat, tibbi xidmət təminatçılarının işinə və tibbi xidmətlərin keyfiyyətinə nəzarət kimi məsələlər müzakirə olunub. Agentliyin mütəxəssisləri Şimali Estoniya Tibb Mərkəzində tibbi sığortanın tətbiqi ilə əlaqəli prosesləri izləyiblər.
Görüşün yekununda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Estoniya Tibbi Sığorta Fondu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54

